Dr.Rəşad Zeynalov, 1979-cu ildə Lənkəran şəhərində dünyaya gəlib.
Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə Profilaktika Fakültəsini 2003-cü ildə qırmızı diplomla bitirib.
2004-2009-cu illərdə, Türkiyədə. İstanbul Mərmərə Universiteti Ortopediya və Travmatologiya kafedrasında, rezidentura (uzmanlıq) təhsilini tamamlayaraq Ortoped-Travmatoloq cərrah ixitsası alıb.
Rezidentura müddətində 2000-ə yaxın əməliyyatda iştirak edib.
Ortopediyanın onurğa, endoprotez, travma, uşaq ortopediyası , idman yaralanmaları, əl və mikrocərrahiyə sahələrinə dərindən yiyələnib.
Bu müddət ərzində 50-yə yaxın kurs və konfranslara qatılıb.