Diz oynağının oynaq içi yaralanmaları 1) diz oynağının oynaq səthi ilə əlaqədar ola bilər, 2) diz oynağının arasında yerləşən anatomik strukturlar, xüsusilə, menisklərlə bağlı yaralanmalar ola bilər və ya 3) diz oynağının içində və diz oynağını əhatə edən bağ strukturlarının yaralanması şəklində 3 yerə bölünə bilər.

Menisk yaralanmalar haqqında danışaq.

Menisk yaralanmaları müəyyən idman və ya günlük ciddi fiziki aktivlik sonrası yarana bilər, müəyyən hərəkətlər sonrası. Xüsusilə, vertikal şəkildə və burulma şəkildə olan diz yaralanmalarından sonra diz oynağı içində yerləşən 2 ədəd iç tərəfdə və bayır tərəfdə menisklər 2 oynaq səthi arasında sıxışaraq anormal şəkildə, sonradan travma şəklində basqıya bağlı olaraq yırtıla bilər. Bu yırtıq növləri müxtəlif cür ola bilər: natamam və tam yırtıqlar və ya yırtıq xəttinin gedişatına görə müxtəlif klassifikasiyalara bölünə bilər.

Menisk yırtığının ilkin əlamətləri

Həmən travmadan sonra ciddi ağrı şəklində özünü göstərir. Bir müddət sonra, diz oynağı içində olan ağrılar getdikcə azala bilər. 

İlk etapda oynaqda şişkinlik ola bilər və müəyyən müddət sonra şişkinlik azala bilər istirahət və s. sonrası. 

Menisk yırtığından sonra dizdə kilitlənmə

Daha xroniki dönəmlərdə isə xəstələrə ən çox narahatlıq verən müəyyən hərəkətlər sonrası meniskin yırtıq qisminin oynaq səthləri arasında müəyyən anormal şəkildə yerləşməsinə bağlı olaraq kilitlənmə tərzində özünü göstərə bilər. 

Xüsusilə, dizin müəyyən hərəkətlərində diz oynağına anidən, sanki sancı girər kimi və ya müəyyən müddət sonra müəyyən hərəkətlərdə oynağın sanki bükülmüş və ya açılmış vəziyyətdə kilitlənməsi şəklində özünü göstərə bilər. 

Bu etapda xəstələr ani ağrıdan şikayət edir və dizini bükmə və açma hərəkətində məhdudiyyət yaranır. Müəyyən hərəkətlərdən sonra və ya müəyyən müddət sonra kilitlənmə öz-özünə açıla da bilər. Xəstə rahatlayır ondan sonra.

Hər kilitlənmələrdən sonra isə xəstənin müəyyən müddətə, bəzən 3 gün, bəzən 5 gün, bəzən uzun müddətə oynağında şişkinlik və ağrı şəklində özünü göstərə bilər.

Menisk yırtığından sonra dizini tam bükə bilməmə

Bəzi xəstələrdə, xüsusilə, “dizini tam bükə bilməmə” şikayəti ilə müraciət edə bilər. Xüsusilə, iç meniskin arxa buynuzunun daha çox yırtığa səbəb olduğu üçün, yırtıq olduğu görüldüyü üçün o bölgədə dizini tam bükərkən arxa qismində sıxışmaya bağlı “dizini bükə bilməmə” şəklində özünü göstərə bilər. 

Menisk yaralanmalarının konservativ müalicəsi

Diz oynağın içindəki menisk yırtıqları haradasa 20-30 il əvvələ qədər açıq şəkildə əməliyyat edilərək müalicə edilirdi. Hal-hazırda daha kiçik, gənc yaşlarda, əgər menisk tam yırtılmayıbsa, konservativ müalicəyə üstünlük veririk. 

Konservativ müalicə ilk etaplarda natamam yırtıqlarda, xüsusilə, gənc xəstələrdə yataq istirahəti, şişkinliyin azalması üçün müəyyən hərəkət məhdudiyyəti və dizlik şəkildə fiksatorlar istifadə edə bilirlər. Şişkinliyin azalması üçün buz tətbiqi istifadə edilə bilər və ya o şişkinliyin azalması üçün ağrıkəsici, iltihab əleyhinə ağrı kəsicilər və dəstək üçün isə fizioterapevtik prosedurlar istifadə edilə bilər.

Menisk yaralanmalarında cərrahi əməliyyata göstəriş

Daha gənc xəstələrdə natamam yırtıqlarda və ya çox ciddi şikayəti olmayan xəstələrdə nəyə görə konservativ müalicəyə üstünlük veririk? Çünki normalda anatomik struktur olaraq menisklər dizin amortizasiya rolunu oynadığı üçün bu menisklərin gərəksiz yerə alınması və ya xaric edilməsi gələcəkdə, uzun illərdən sonra, müəyyən müddət sonra diz oynağına düşən yükün, anormal yüklərin artdığı üçün zamanla dizin aşınmasına səbəb olur və ya “artroz” dediyimiz və ya “duzlaşma” dediyimiz xəstəliyə gətirə bilər. Onun üçün ciddi, mexaniki blok və ya konservativ müalicə fayda verməyən xəstələrdə cərrahi müalicə seçilə bilər.

Menisk yırtığında artroskopik, endoskopik cərrahiyyə

Son dönəmlərə qədər bir az öncə qeyd etdim, açıq cərrahiyyəyə üstünlük verilirdi. Amma respublikamızda da təqribən bir 10-15 ildən çoxdur ki, minimal invaziv dediyimiz cərrahiyyə üsullarından istifadə edilir. 

Minimal invaziv cərrahiyyə nə deməkdir? Artroskopik və ya endoskopik cərrahi müalicə metodları nəzərdə tutulur. 

Artroskopiya nə deməkdir? Kiçik kamera istifadə edilərək, oynağın səthindən kiçik dəlik açılaraq oynağın kamera ilə vizualizə edilməsi və ya görülməsi şəklində aparılır. Kamera oynaq içinə yerləşdirdikdən sonra kiçik dəlikdən, oynağın içində olan anatomik strukturlar ekranda dəyərləndirilir əməliyyat vaxtı və bu zaman əgər bir patologiya müəyyən olunursa, digər bir kiçik dəliklərdən istifadə edərək, xüsusi cərrahi əl alətləri istifadə edərək menisk yırtıq qismi və ya oynaqda olan digər problemlər öz həllini tapmış ola bilir.

Minimal invaziv üsulların açıq cərrahiyyədən üstünlükləri

Minimal invaziv və ya artroskopik cərrahiyyənin açıq cərrahiyyəyə bir çox üstünlükləri var. Ən öndə gedən üstünlük kiçik dəliklər istifadə edildiyi üçün xəstə əməliyyat sonrası reabilitasiya dövrü daha qısa keçir. 

Xüsusilə, idmançılarda bu cərrahi üsullar daha üstünlük təşkil edir. Nəyə görə? Çünki bundan sonra xəstənin və yə idmançının normal həyat tərzinə və idmana geri dönməsi daha sürətli olur və əlavə anatomik strukturlara açıq metodlarda olduğu kimi zərər vermədiyimiz üçün bu da bu əməliyyatın üstünlüyüdür.

Menisk əməliyyatlarından sonra xəstəyə təqribən 1 həftə, 10 gün qədər yataq istirahəti tövsiyə edilir. 10-cu gündən sonra müəyyən hərəkət proqramları başlanır. Hətta idmançılar 1 ay sonra normal həyat tərzinə və idmanına dönə bilirlər. 

Rəy bildir