Uşaq serebral iflici digər adı ilə “Little xəstəliyi” çox ciddi ailəyə sosio-ekonomik yüklərə səbəb ola bilir və insanın gələcək həyatında, günlük həyatında və ya iş həyatında, təhsil həyatında ciddi problemlər yarada biləcək bir xəstəlik qrupudur.

Uşaq serebral iflicinin yaranma səbəbləri arasında, ana bətnində ikən doğuş zamanı və ya həyatının ikinci ilinə qədər, xüsusilə, beyinlə əlaqəli ikincili problemlər səbəbi ilə yaşadığı beynə bağlı, xəsarətə bağlı olan bir patologiyadır və ya təzahüratdır.

Dölə gedən qan dövranın pozulması

Ana bətnində ikən, xüsusilə, müəyyən infeksioz xəstəliklər, dölə gedən qan dövranının pozulması, ana ilə döl arasında qan uyumsuzluğu, qan qrupu uyumsuzluğu, ananın keçirdiyi müəyyən viral və ya s. xəstəliklər və ya ikincili xəstəliklər – bunlar dölə gedən qan dövranının pozulması, ciftin qan dövranının pozulması və nəticədə beynin ikincili xəsarət görülməsinə səbəb ola bilər.

Doğuş zamanı körpənin oksigensiz qalması

Digər bir problemlərə, xüsusilə, doğuş vaxtı uşağın kilosunun çox olması və doğuş aktının çətin keçməsi və ya ananın çanağının dar olması və ya doğuş aktının düzgün aparılmaması nəticəsində və ya doğuş prosesinin uzun keçməsi səbəbi ilə o dövr ərzində uşağın yetəri qədər oksigen almaması nəticəsi ilə… Biz də bilirik ki, normalda insan orqanizmində oksigen çatışmazlığına bağlı olan, xüsusilə, ən həssas bölgə beyin toxuması olduğu üçün qısa müddətdə oksigenin kəsilməsi beynin ikincili problemlərinə səbəb ola bilər.

2 yaşınadək keçirilən beyin travmaları

Digər bir problem, xüsusilə, həyatın ilk 2 ili içində hər hansı bir travmatik beyinlə əlaqəli bir problem keçirmiş ola bilər və ya uşağın temperaturunun həddindən çox yüksəlməsi qıcolmalara səbəb olar. Bu tip şeylərdən sonra da ikincili uşaq serebral iflici dediyimiz tablo ortalığa çıxa bilər.

Uşaq serebral iflicinin növləri

Uşaq serebral iflicinin sinifləndirilməsinə gəldiyimizdə anatomik variantlara və ya yerləşdiyi yerə görə dəyişə bilər. 

Uşağın bir tərəfinin tutulması “hemiplejik” deyirik, yəni sağ əl, sağ ayaq və ya sol əl və sol ayaq şəklində göstərə bilər.

Digər bir tutulum, xüsusilə, uşağın aşağı ətraflarının daha çox və yuxarı ətrafların daha az tutulması şəkildə “diplejik serebral palsi dediyimiz xəstəlik şəklində özünü göstərə bilər.

Digər bir tutulum isə xəstəliyin bütün vücudu tutması şəklində və ya “kuadriplejik” dediyimiz xəstəlik şəklində özünü göstərə bilər. 

Bəzi hallarda isə sadəcə tək ətraf yuxarı və aşağı ətraf şəkildə özünü göstərir. 

Bu, anatomik klassifikatsiya idi.

Uşaq serebral iflicinin nevroloji statusa görə növləri

Digər bir klassikasiya nevroloji statusuna görə olan sinifləndirmədir. 

Bu, xüsusilə, “spastik” dediyimiz formada özünü göstərə bilər. Müəyyən qrup əzələlərdə normadan çox tonusun artması şəklində, spastikliyin artması şəklində özünü göstərir.

Digər bir variant, xüsusilə “atetoid” dediyimiz müəyyən ani hərəkətlər, istəksiz hərəkətlərin olması şəklində, “ataksik” dediyimiz variant – xüsusilə, beyincik nahiyəsinin travması nəticəsində və bir neçə şəkil və ya “miksoid” dediyimiz bu tiplərin birlikdə görülməsi şəklində özünü göstərə bilər.

Birtərəfli və ikitərəfli serebral iflicin əlamətləri

Anatomik variantda, xüsusilə, hemiplejik dediyimiz birtərəfi tutulum xəstələrdə, xüsusilə, bir qismində qıcolmalar da, “sudurqa” deyirik biz ona, sudurqalar da görülə bilər.

Bu xəstələrin çoxu spastik olur, yəni tonusun artması şəklində göstərir və bu xəstələr də müalicədən daha çox fayda görə biləcək xəstə qrupuna daxildir.

Digər bir qrup diplejik dediyimiz xəstələrdə, xüsusilə, yeriməsi çox çətin olur, daha gec yeriyirlər və bu xəstələrin yerimə halına düşməsi üçün əksər hallarda ciddi şəkildə fizioterapevtik prosedurlar və bəzən əməliyyatlar ehtiyacı olur.

Bütün bədəni tutan serebral iflicin əlamətləri

Kuadripijik dediyimiz, bütün bədən tutulumu olan xəstələrdə isə, ağırlıq dərəcəsinə görə dəyişir, xəstələr bəzən hətta başını belə tuta bilmirlər. Yəni oturmaq və yeriməsi bu uşaqların çox çətindir. 

Nəyə görə? Çünki bu xəstələrdə onurğanı tutan, boynu tutan və ya aşağı ətrafların əzələ gücü həddindən çox ya zəif olur, ya da ciddi şəkildə spastiklik olduğu üçün nə cərrahi, nə fizioterapevtik üsullarla bunlara yardımçı ola bilmirik.

Bu xəstələrdə hətta bəzən onurğanın getdikcə əyilməsi, xüsusilə, çox yatalaq olduqları üçün ikincili ağciyər problemləri və s. yarana bilər və bu xəstələrdə müalicəsi üçün ailəyə ciddi şəkildə dəstək lazımdır.

Rəy bildir