Beyin ilk etapda travma aldığı halda, bir müddət sonra ikincili və üçüncülü problemlər yaranır. Xüsusilə, bütün serebral iflici olan uşaqlar ömrünün ilk ilində hipotonik olur.

Hipotonik nə deməkdir? 

Süst olurlar. Bütün əzələlər boşalmış olur, hətta başını tuta bilmir, otura bilmir və sairə. 1 yaşını keçdikdən sonra isə spastiklik ön plana çıxır.

Spastiklik nə deməkdir? Hipertonus və ya o əzələlərin tonusu normadan daha çox olmağa başlayır və yaş artdıqca bu daha da sərtləşir.

İlk illərdə fizioterapiya ön plana çıxır

Bu tonusun çox olması və müəyyən qrup əzələlərdə spastikliyin çox olması o tərəfə doğru oynaqların bükülməsi və ya açılması şəklində göstərir və müəyyən müddət sonra isə hipertonusun və ya tonusun çox olduğu əzələlərin qısalması şəklində özünü göstərə bilər və ya kontrakturalar yarana bilər. Bu kontraktura yarandıqdan sonra isə cərrahi əməliyyatlar ön plana çıxır.

Onun üçün ilk etapda, xüsusilə, ilk ilində və birinci ildən sonra bu uşaqların fizioterapevtik prosedurlara çox ehtiyacı olur.

Əzələ gücləndirmə və əzələ gərmə idmanları

Fizioterapevtik prosedura dediyimizdə cərəyan verməklə deyil, ən önəmli müalicə üsulları bu uşaqların ilk həyat illərində əzələ gücləndirmə, çünki əzələləri yenidən normadan zəif olur və eyni zamanda spastikliyin azalması üçün əzələlərin spastik yönünün əksi istiqamətində gərmə hərəkətləri dediyimiz əzələlərin uzadılması yönündə edilən hərəkətlərdir. Bunlar çox önəmlidir.

Bunlar sadəcə xəstələrin getdiyi reabilitasiya mərkəzlərində deyil, eyni zamanda evdə də valideynlər tərəfindən mütəmadi olaraq edilməlidir. Bu, əslində, bu xəstələr üçün müalicənin əsasını təşkil edir, əməliyyata ehtiyacı olsun və ya dərman müalicəsinə olsun və ya olmasın.

Erkən dövrdə başlanan bu fizioterapevtik proseduralar və reabiletasiya uşağın daha erkən dönəmdə normal həyatına və ya hərəkətli hala – mobilize hala keçməsinə ciddi şəkildə kömək eləmiş olur.

Müvazinət saxlaya bilməmə problemi

Digər bir problem, əzələ gücü və gərginlik dedik, müvazinət problemidir. Bu uşaqlarda, xüsusilə, beyincik nahiyəsində yerləşən travmalarda uşağın əzələ gücü və ya spastikliyi olmadığı halda belə uşaq öz müvazinətini saxlaya bilmədiyi üçün normal yerişini pozmuş olur.

Bunların həlli çox çətindir. Amma bu üsullar üçün də son dönəmlərdə, xüsusilə, reabilitasiya mərkəzlərində müəyyən reabilitasiya proqramları inkişaf etdirilib ki, bu müvazinət problemində ciddi şəkildə həll etmək olur.

Xəstələr barmaq ucunda gəzirlər

Bu ikincili problemlər nə idi? Xüsusilə, diz nahiyəsində, xüsusilə, aşağı ətrafda, ayaq biləyi nahiyəsində və çanaq nahiyəsində əzələ kontrakturaların yaranması. 

Xəstələr əksər hallarda, xüsusilə, ayaq ucunda gəzirlər.

Nəyə görə? Çünki axil vətəri və ya baldırın 3 başlı əzələsi qısalmış olur zamanla.

Digər bir problem, xüsusilə, dizlərini bükmüş halda gəzirlər bükülmüş halda. Nəyə görə? Çünki dizin arxasında yerləşən bir qrup əzələlər – “hamstring” dediyimiz əzələ qrupları qısalmış olur və qalçalarını bükərək yeriyirlər, önə doğru əyilmiş şəkildə yeriyirlər. Çünki ön qrup qalça əzələləri, “bükücü əzələlər” deyirik, bu əzələlərdə, xüsusilə, qısalma baş verir ki, xəstə məcburən bu şəkildə yeriməyə vadar olur.

Bu şəkildə normal həyatda bir insan belə yerisə, müəyyən müddət sonra əzələ yorğunluğu baş verir və bu şəkildə yeriyə bilmədiyi üçün, bu uşaqların da əzələsi yetərsiz olduğu üçün zamanla olan yeriməsini itirə bilir.

4 yaşadək fizioterapiya və ortezlər çox vacibdir

4 yaşına qədər reabilitasiya tədbirləri çox önəmlidir. Gərmə eqzersizləri demişdim. Xüsusi ayaqqabılardan istifadə edilməsi – gündüz hərəkət edərkən və ya gecə ortezləri şəklində, xüsusilə, AFO dediyimiz (Ankle Foot Orthosis) və ya KAFO dediyimiz (Knee Ankle Foot Orthosis) xüsusi cihazlar taxılaraq bu gərginliyin qabağına keçmiş olarıq. 

Ayaq ucunda gəzən uşaqlarda kontaktura yaranmadan AFO-nun istifadəsi çox önəmlidir. Bu gündüz etdiyiniz hərəkətlərin qalıcı ola bilməsi üçün gecə ortezləmənin istifadəsi çox önəmlidir.

Bəzən uşaqlarda axil vətəri qısa olduğu üçün ayaqlar yana doğru əyilmiş olur, “ikincili yastıpəncəlik” yaranır. Dəstəkləmək üçün ayaqqabı içinə supinatorlar və ya xüsusi ortopedik ayaqqabılar istifadəsi ehtiyacı ola bilər.

4-8 yaşda cərrahi əməliyyatlar ön plana çıxır

 4 yaşla 8 yaş arasında bu tip reabilitasion tədbirlər və ya ortezlər, fizioterapik prosedurlar yetərli olmadığında və ya yetərsiz edildiyində cərrahi spastik xəstələrdə, kontrakturası olan xəstələrdə cərrahi əməliyyatlar ön plana çıxmış olur.

Cərrahi əhəmiyyətları əsas icra edən elə ortoped travmatoloqlarıdır. Bu əməliyyatlar əsasən, xüsusilə qısalmış əzələlərin və ya vətərlərin uzadılmasında – “tenoplasti” deyirik biz o əməliyyatlara və ya “z plasti şəkildə tenoplasti” və eyni zamanda müəyyən qrup işləməyən əzəllələrin yerinə işləyən qrup əzələlərin əzələ transferi şəklində əməliyyat qruplarına bölünə bilər.

Ən sıx xəstələr, xüsusilə, ayaq ucunda gəzdiyi üçün, o şikayəti olduğu üçün axil vətərinin uzatması əməliyyatı icra edilir. 

Digər ikincili problemlərdən, xüsusilə, dizi bükülməsi şəkildə bükücülərinin və qalça bükücülərinin qısalması səbəbi ilə diz arxasında olan əzələlərin uzadılması və çanaq önündə olan əzələlərin uzadılması şəklində əməliyyatlar icra edilə bilər.

Sümük əməliyyatları

Bir müddət sonra isə oynaqda özündə ciddi kontraktura yarandıqdan sonra xüsusilə, 8-9 yaşdan sonra sadəcə əzələ əməliyyatları yetərli olmadığı üçün xəstələrə sümük əməliyyatları ön plana çıxır. Ostereotomiya dediyimiz, xüsusilə, sümüyün sındırılıb yön verilərək o kontrakturalarının və ya ikincili deformasiyaların düzəldilməsi şəklində sümüyə müdaxilələr ehtiyacı ola bilər.

Uşağın yaşı artdıqca deformasiyanın dərəcəsi artdıqca bu tip ikincili sümük əməliyyatlarına ehtiyac artır.

İki yaşınadək uşağın oturdula bilməsi vacibdir

Ən vacib bu uşaqlar üçün proqnostik faktorlardan biri 2 yaşına qədər uşağın oturdula bilməsidir, oturma refleksinin yaranmasıdır. Normal uşaqlar təqribən 7-8 aydan sonra oturma refleksi yarandığı halda, bu uşaqlarda çalışmaq lazımdır ki, 2 yaşına qədər xəstəni oturda bilək. 2 yaşına qədər otura bilməyən, yəni sərbəst otura bilməyən, istər fizioterapevtik köməkliklərlə, istər öz hesabına, xəstənin gedişatı hesabına otura bilməyən uşaqların gələcəkdə hər hansı bir əməliyyatla, hər hansı bir fizioterapevtik prosedura ilə yeridilməsi çox çətindir.

Onun üçün ailələrə tövsiyə 2 yaşına qədər bu işlərin həl edilməsidir.

Yeriməyə başlayıb sonra yenidən yerişi itirmə ehtimalı var

Digər bir problem uşaqlar, müəyyən müddətdən sonra, cərrahi əməliyyatdan sonra və ya fizioterapevtik qısa müddətli proseduradan sonra xəstələr rahat bir şəkildə yeriməyə başlayırlar və ailələr artıq hər şeyin düzəldiyini düşünür, artıq xəstəliyin həll olunduğunu düşünür. Amma elə deməzdim. Bu uşaqlar böyüyüncəyə qədər 16-17 yaşına qədər, sərbəst həyata davam edincəyə qədər bu uşaqlara ciddi şəkildə reabilitasiya, əgər arada lazımdırsa, cərrahi əməliyyatlar ehtiyacı ola bilər.

Onun üçün sadəcə cərrahi əməliyyat edib də ondan sonra hər şey qurtardı demək də doğru deyil. Ailədən, yəni davamlı olaraq ciddi uşağa dəstəyi önəmlidir.

Bəzi xəstələri mobil hala gətirmək xüsusilə çətindir

Bir az öncə bildirdiyim alqoritmanı tətbiq etdiyimizdə bütün problemlər zamanında həll olmuş olur və ya çözülə biləcək problemlər zamanında çözülmüş olur.

Bəzən bütün müdaxilələrə baxmayaraq xəstəliyin gedişatı çox ağır olur və müəyyən qrup xəstələrə açıqcası mobil hala gətirmək çətin olur.

Bu qrup xəstələr, xüsusilə kuadriplejik dediyimiz bütün bədən tutulmaları olan xəstəliyidir. Bu xəstələr üçün də edilən prosedura, xüsusilə, xəstənin baxımının asanlaşdırılması üçün çox önəmlidir.

Rəy bildir