Diz oynağı dedikdə yük daşıyan qamış və bud sümükləri arasındakı oynaq nəzərdə tutulur. Qaçıcılar, yüksəkliyə atlayanlar, velosipedçilər kimi dizi bükülmüş vəziyyətdə olan idmançılarda diz qapağına normadan çox yük düşür. Diz qapağı qığırdaq və sümüyünə düşən əlavə yük ağrıya səbəb olur. Ancaq bu şikayətlər sadəcə idmançılarda olmur. Evdar qadınlardan ofisdə oturaq iş şəraiti olanlara qədər müxtəlif insanlarda bu tip ağrılar görülə bilər.Belə xəstələrdə pilləkən qalxıb enərkən, diz üstünə oturduqda, çömbəldikdə,diz bükülmüş vəziyyətdə uzun müddət oturduqda ağrılar əmələ gələ bilər.
Diz ağrılarının əsas səbəbləri nələrdir?
1. Aşağı ətrafın şaquli oxunun pozulması
2. Diz oynağı iç tərəfindəki iç büküş zarının(medial plica) qalınlığının artaraq diz bükülməsi vaxtı ağrı verməsi
3. Yaralanma
4. Həddindən artıq idman və yüklənmə
5.Diz ətrafı əzələlərdə tarazlığın pozulması və zəiflik
Dizə qonşu olan və ayaqda durmağımıza kömək edən əzələrdə olan zəiflik diz oynağına həddindən artıq yük düşməsinə səbəb olduğu üçün diz ağrılarına yol aça bilər.
6. Yastı dabanlıq
7. Revmatizmal xəstəliklər
Revmatizmal xəstəliklər zamanı diz oynağının içini örtən zarda şişkinlik əmələ gəlir və oynaq mayesi artır.Oynaq ətrafında qızarıqlıq, şişkinlik və kəskin hərəkət məhdudiyyəti yaranır. Bu xəstəliklərin konservativ müalicəsi revmatoloqlar tərəfindən aparılır. Medikamentoz müalicənin fayda vermədiyi hallarda ortoped-travmatoloqlar tərəfindən aparılan yumşaq toxuma və sümük əməliyyatlarından faydalana bilərlər.
8. Diz oynağı bağlarının xəstəlikləri
Diz oynağının stabilliyini təmin edən iç və bayır yan və çarpaz bağlar var. Oynaq bağları bəzi hallarda zədələnə bilər.Xüsusilə idman yaralanmalarında,qəzalardan sonra bağlar yaralana bilər. Zədələnmənin ağırlığına görə oynaqda ağrı, qüvvətsizlik və şəkil pozulması görülür.Müalicəsində erkən dönəmdə istirahət, ağrıkəsici, bandajlama, buz tətbiq edilir və eyni zamanda bir çox hallarda əməliyyat lazım ola bilər. Əməliyyatdan öncə və ya sonra fizioterapiya şikayətləri azaldır, bərpa dövrünü qısaldır.
9. Menisk yaralanmaları
Diz oynağında olan menisklər oynağın elastikliyini, sürüşkənliyini və dayanıqlılığını artıran strukturlardır. Menisklər oynaq mayesi ilə qidalanırlar. Menisk yaralanmaları, menisk degenerasiyası və anadangəlmə və ya sonradan yaranan menisk kistləri ağrıya səbəb ola bilər. Menisk zədələnmələri travma sonrası yaranır. Gənclərdə və idmançılarda daha çoxdur. Daha yaşlı xəstələrdə bəzən görülə bilər.Menisk yırtığı çox vaxtı ani və şiddətli diz travması sonrası əmələ gəlir. Kliniki olaraq oynaqda ağrı, şişkinlik, həssaslıq və kilitlənmə kimi şikayətlər olur. Bəzi özəl fiziki müayinə testləri ilə menisk zədələnmələrinin diaqnozu qoyulur. Menisk yaralanmalarında xəstələrə istirahət məsləhət görülür. Ağrıkəsicilər verilir və sonradan fizioterapiya tətbiq edilə bilər. Fizioterapiyanın əsasını diz ətrafı əzələlərin gücləndirilməsi təşkil edir. Konservativ müalicə fayda vermədikdə vəya meniskdə tam qat yırtıq olduqda artroskopik olaraq meniskin yırtıq qismi təmizlənir.
10. Artroz(oynaqda duzlaşma və ya yeyilmə)
Yaşlı xəstələrdə diz ağrısının ən sıx səbəbi artrozdur.Artozda ilk şikayətlər getdikcə artan diz ağrılarıdır. Ağrı dizin ön, yan və arxa tərəflərində ola bilər. Əvvəl bəzi hərəkətlərlə yaranan ağrılar daha irəli dövrlərdə istirahətdə də olur və daimi hal alır. Xəstələrin yerimə əsnasında ilk addımları ağrılı olur. Bu ağrılar hərəkət etdikcə qismən azalır. Uzun müddət yeridikdə ağrılar yenidən artır. Xəstlik ağırlaşdıqca pilləkənləri qalxıb düşməsi, tualetə oturması, namaz qılması çətinləşir. Bəzi günlük işlərini oturaraq etmək məcburəyyətində qalır. Xəstə dizini bükmədikdə xəstəlik daha da ağırlaşır və nəticədə diz bükülə bilmir. Oynaqda ağrı və hərəkət məhdudiyyətindən əlavə, hərəkət zamanı dizdən səslər gəlir, ara bir şişir, diz əzələləri zəifləyir, dizdə deformasiya yaranır. Rentgendə oynaq aralığının daralması və ya tam bağlanması, yeni sümük çıxıntıların yaranması, sümüklərin zəifləməsi və deformasiyalar görülə bilər. Konservariv müalicəsində ağrıkəsicilər,ağrılı dönəmdə istirahət və buz, fizioterapiya, kurort (istisu, naftalan və s.), diz əzələlərinin güclənməsi üçün gimnastikalar, kök xəstələrdə arıqlamaq, diz içi hialuron turşusu inyeksiyası faydalı ola bilər. Ağır dərəcələrdə, konservativ müalicənin fayda vermədiyi hallarda və bəzən deformasiya irəlilədikdə əməliyyat məsləhət görülür.
11. Diz qapağı xəstəlikləri
Diz qapağının anadangəlmə şəkil dəyişiklikləri, çıxıqları və sonradan travmalara bağlı qığırdağında əmələ gələn xəsarətləri diz ağrısına səbəb ola bilər. Müalicəsi diz ətrafı əzələlərin gücləndirilməsi və ya əməliyyatla ola bilər.
12. Diz oynağında olan deformasiyalar
Diz oynağında anadangəlmə və ya sonradan yaranan deformasiyalar ola bilər. Diz oynağının içə və ya bayıra tərəfə əyri durması hallarında dizə düşən yük artdığı üçün oynaq qığırdağı sıradan çıxır, əzələlərin və bağların həddindən artıq gərilməsinə səbəb olur. Buna bağlı dizdə ağrılar yaranır. Müalicə olaraq diz ətrafı əzələlərin gimnastika ilə gücləndirilməsi, ciddi deformasiyalarda əməliyyat və bəzən də yardımçı cihazlar istifadə etmək olar.
13. Törəmələr
Diz oynağı içi və ya ətrafında xoş və bəd xassəli törəmələr yarana bilər və ağrıya səbəb ola bilər. Xoş xassəli törəmələr dizin özündə yarandığı halda, bəd xassəli törəmələr həm dizin özündə və ya başqa orqandan metastazı səbəbi ilə əmələ gələ bilər. Diz nahiyəsi uşaqlarda bəd xassəli törəmələrin(osteosarkoma) ən sıx görüldüyü yerdir. Müalicə əməliyyatla törəmənin xaric edilməsindən ibarətdir.
14. Yayılan ağrılar və baldır-diz ağrıları
Aşağı ətraf damarlarının xəstəlikləri və tıxanıqlıqları dizə yayıla bilir. Xüsusilə bel bölgəsindəki fəqərəarası disk yırtıqları, oturaq sinir ağrıları və bud-çanaq oynağı problemləri diz oynağına yayıla bilər. Müalicə səbəb olan xəstəlik yönündə olmalıdır.
15. Digərləri
Diz oynağını təşkil edən sümüklərin qanlanmasının pozulması(avaskulyar nekroz), diz ətrafı yağ toxuması, vətər(tendinit) və kisəciklərin(bursit) iltihabi xəstəliklərində diz nahiyəsində ağrılar ola bilər.Yeriyərkən ya da stuldan qalxarkən dizin iç tərəfində şiddətli ağrıya anserin bursit səbəb ola bilər. Bu diz ağrısının tez-tez rast gəlinən səbəbidir. Bu ağrı xəstəni yuxudan oyandırır və xəstə dizləri arasına yastıq qoymaq məcburiyyəti hiss edə bilər. Bu xəstələr iltihab əleyhinə dərmanlardan başqa ayaqqabı içinə yerləşdirilən dabanlıqlardan fayda görürlər.
Diz ağrısı ilə bərabər aşağıdakı şikayətlər müşahidə edilərsə tez bir zamanda ortoped-travmatoloqa müraciət etməyiniz vacibdir.
– Xüsusilə yuxudan oyandıqda və ya tərs hərəkətdə dizdə kilitlənmələr olurmu?
– Hərəkət sonrası dizdə şişkinlik və temperatur artışı varmı?
Salam Hekim, menim qizimin3yasi var,onda sekil12de oldugu kimi diz oynaginin iceriye dogru eyilmesi var .Uje 2-ci kursduki Masaj ,tok elatdirirem ,kalci vitamin baliq yagi verirem,daimi olaraqda ortopedik ayaqqabi geyindirirem.Sag ayagindaki eyrilik biraz soldakindan coxdu bilmak isterdim bu eladiklerim eyrilmeni dayandiracaq yoxsa yox.Cox narahatam.Zehmet olmasa sualima cavab yazardiniz.
ReplySalam həkim.Mənim dizlərimin arxası agriyir.bükülən yerlər.Bütün günü 24 saat ağrıyır.Yata bilmirəm gecələr.Bir də məndə butun gunu yorğunluq olur.Xahiş edirəm mənə məsləhət verin
ReplySalam.Menim geceler dizim ağrıyır.Eyni zamanda baldır ətrafınada yayılır.Qollarımda da oynaqlarda ağrılar olur. topuqlarımda da ağrı var
ReplyDevequśu yaqindan istifede edin@guanabana_stop_cancer
ReplyDiz burxulması zamanı yaranan dizde 2-ci şəkildə göstərilən misk və yağ qatı arasında kəskin ağrı var,bunun üçün nə etməli??UZİ aparatında bunun probleminin həlli gostərilə bilərmi?
ReplySalam hekim menim anamın 54 yaşı var bağırsağında problem var idi kiçik eroziyalar müalicə aldı ishal olurdu indi olmur. Ama dizlərində biri içeri eyilmekle yanaşı ağrılar var yere oturmaqsa əziyyət çəkir.sizce bagirsaqi yaxşı müalicə etməyiblər hele sagalmayinmi mene beyninde sual yaranıb menim. ama bunuda qeyd edimki anam illeri diz ağrısından eziyet çeki ve həmişə de deyir ki həkim deyib mende duz var
ReplySalam. Bağırsaqla əlaqəsi olmamalıdır. Dizin özündəki problem araşdırılmalıdır.
ReplySalam Rəşad həkim hər vaxtınız xeyir. Məndə dizlərdə 2 3 aydır ağrı var hardasa ümumilikdə 16 gün ultrasəs, Maqnit, Elektrik verilib hərəkətlər edirəm. Məsələn trenajor velosipedi ve sair. Qaçanda, pilləkənləri qalxıb enəndə yeni gücə düşəndə ağrı olur.Ağrı daha çox sol ayaqdadır. Sol ayaqda lak lak səslər gəlir birdə. MRT çəkdirməyə ehtiyac var?
ReplySalam. Şikayət keçmirsə MRT çəkdiriniz.
ReplySalam.Hekim menim sevdiyim qizin ayaginda azaca agsaqliq mushahide olunur.Xesteliyin tam adini bilmesemde verdiyi melumata eseslanar sumuk boshlugundan yarandigindan emele geldiyini bildirir.Yeriyerken sag istiqamete dogru agsayir.Bilmek isterdim sumuk boshlugundan bele bir xestelik movcud ola bilermi ve mualicesi ne derecede mumkundur?Chox xaish edirem meni bu movzu haqqda melumatlandirasiz
ReplySalam.Hekim menim sevdiyim qizin ayaginda azaca agsaqliq mushahide olunur.Xesteliyin tam adini bilmesemde verdiyi melumata eseslanar sumuk boshlugundan yarandigindan emele geldiyini bildirir.Yeriyerken sag istiqamete dogru agsayir.Bilmek isterdim sumuk boshlugundan bele bir xestelik movcud ola bilermi ve mualicesi ne derecede mumkundur?Chox xaish edirem meni bu movzu haqqda melumatlandirasiz
Replyqizimin ayaqi aqrayir,dizden asaqi ,aq
Replyridan nefesi kesilir,siZce nedendi?
Salam, menim sağ dizime sanki maye yığılıb, bunun üçün nə etməliyəm, evdə bunun müalicəsi mümkündür?
ReplySalam. Maye yığılmasının səbəbi araşdırılmalıdır.
ReplySalam.Hekim menim diz qapagimda 17 yasimda aldigim zede neticesinde agrlar yaranib. Bu agrilar mende yungul sag diz ayagimda azaciq agsaqliq yaradib bir balaca diz qapagima toxunanda dizimde agrilar ve siskinlik yaranir indi menim 30 yasim var.Xaish edirem mene bir meslehet ederdiz sagolun
Replysalam.hakim manim dizim 20 gun avval zadalandi.hakim MRT cavablarina baxib diz atrafi azalalarin zadalandiyini dedi.birda diza maye yigildigini qeyd eladi..ayagima langet qoydu.1 ay istirahat yazdi…siniqciya gostardim diz qapagini yerina saldi..amma maye cakilmadi..na maslahat gorursunuz?
ReplySalam həkim mənim ayağim diz nahiyəsindən çixmişdi bu hadisə 11 gün bundan əvvəl baş verib .çixiqi bir neçə dəqiqə ərzində saldilar . bir müddət sonra ayaqda şişkinlik müşahidə olunmağa başladi ayaq tam qatlanmirdi və hal hazirda da tam qatlanmir travmatoloqa göstərdim dedi ayaqda gematoma var dərman və krem yazdi bu maye tam çəkilir yoxsa yox? ayaqin tam hərəkət etməməsi nə qədər vaxt davam edəcək? belə hallarda nə qədər vaxt hərəkətsiz qalmaq lazimdir? artiq normal yeriyə bilirəm ayaqi yerə basa bilirəm bəzi dediyim prablemləri çixmaq şərti ilə bu məndə hansisa prablemlər yarada bilər ??? xaiş eliyirəm bu barədə mənə bir məsləhət verərdiniz
ReplySalam həkim qızım 3ay əvvəl yıxılmışdı dizi bir müddət ağrıdı, sonra təkrar yıxıldı və həkimə apardıq diz qapağının altına su yigildigini söylədi, 10gun gipse qoyduq, ağrı azaldı amma axsamaga başladı. Sonra başqa həkim səbəbin ayağının altı yatii olduğu üçün axsayır və dizi ağrıyır. Amma axsamasi keçmir və tullandiqda, pilləkən çıxdıqda yenə ağrıyır. Həkim məsləhəti ilə ayaqqabısının içinə xüsusi ayaqliq duzeltdirdik. Bunun dizin arxasında olan ağrının səbəbi nə ola bilər? Niye görə hələdə axsayır və dizi ağrayır? Rentgen heç nə göstərmir.
ReplySALAM HƏKİM. BACIMIN 66 YAŞI VAR. DİZ QAPAĞININ ALTINDA OLAN MAYENİN AZALMASI SƏBƏBİNDƏN (BU 1 İL ƏVVƏLKİ RENTGEN MÜAYİNƏLƏRDƏN SONRA QOYULAN DİAQNOZDUR) ŞİDDƏTLİ AĞRILARI VAR. ƏVVƏLKİ MÜAYİNƏDƏN SONRA HƏR İKİ DİZ QAPAĞINA İYNƏ (MAYE) VURULMUŞ VƏ SONRAKI DÖVÜRLƏRDƏ MÜXTƏLİF İYNƏ-DƏRMAN QƏBUL ETMİŞDİR. HAL -HAZIRDA KƏSKİN AĞRILARDAN ÇOX ƏZİYYƏT ÇƏKİR. RAYONDA YAŞAYIR VƏ MÖVCUD VƏZİYYƏTƏ GÖRƏ BAKIYA GƏLƏ BİLMİR. XAHİŞ EDİRƏM AĞRILARIN ARADAN QALDIRILMASINA KÖMƏK EDƏ BİLƏCƏK DƏRMAN VASİTƏLƏRİNDƏN MƏSLƏHƏT BİLDİYİNİZ TƏYİNATI VERƏSİNİZ. QABAQCADAN SİZƏ DƏRİN MİNNƏTDARLIĞIMI BİLDİRİRƏM. SAĞ OLUN. HÖRMƏTLƏ, AĞABALA.
ReplySalam. Yəqin dizdə duzlaşma-artroz xəstəliyidir. Majezik tb gündə 2 dəfə 1 tb yem sonra 1 həftə qəbul etsin. Ağrı keçməz isə müayinəyə gəlsin baxaq.
ReplySalam. Sol diz qapağının altından ağrı tutb. Xahiş edirəm məsləhət verəsiniz nə etməliyəm. Fiziki işlə məşğul olandan sonra zəif ağrayırdı. Futboldan sonra ağrılar artmağa başladı. 44 YAŞIM VAR
ReplySalam. Öncə müayinə və ehtiyac olarsa MRT çəkiləcək.
Reply