Bud-çanaq oynağı problemləri uşaq və yeniyetmə yaş dövründə olduqca tez-tez görülür. Respublikamızda anadangəlmə bud-çanaq oynağı displaziyaları və çıxıqları bu xəstəliklərin başında yer alır.

Bud-çanaq oynağı çıxıqları oynağı əmələ gətirən bud başı və qalça yuvası arasındakı normal əlaqənin pozulması və oynağın inkişaf etməməsi şəklində özünü gösətərən sümük-əzələ sistemi xəstəliyidir. Körpə doğulduqdan sonra bud-çanaq oynağında olan çatışmazlıq zamanla çıxığa dönüşür. Bud-çanaq oynağında olan displaziyalar da əhəmiyyətli problemdir. Displaziya zamanı oynaq inkişafı geri qalır və gənc yaşda ağrı və duzlaşmaya səbəb olur.

Anadangəlmə bud-çanaq oynağı displaziyası və çıxıqları

Anadangəlmə bud-çanaq oynağı dispalziyaları 2,7-17/1000, çıxıq isə  1/1000 canlı doğuş nisbətində görülür.

Etilogiyası multifaktorialdır. Fizioloji, mexaniki və genetik amillər xəstəliyin əmələ gəlməsinə və inkişafına səbəb ola bilər.

Anadangəlmə bud-çanaq oynağı displaziya və çıxıqlarında təyin olunmuş risk faktorları vardır. Aşağıdakı risk faktorları olan körpələr ciddi şəkildə ortoped-travmatoloq və ultrasəs müayinəsindən keçirilməlidirlər.

  1. Ailənin başqa üzvündə eyni xəstəlik olduqda
  2. Qız uşaqları
  3. Doğuşda sağrı gəlişi
    Doğuşda sağrı gəlişi
  4. İlk hamiləlik
  5. Bətndaxili sahəni daraldan patologiyalar (oliqohidramnios, uşağın yüksək çəkisi, ilk doğuş)
  6. Anadangəlmə əyriboyunluq
    Anadangəlmə əyriboyunluq
  7. Metatarsus adduktus (anadangəlmə ayaq ön hissəsində içə tərəf əyrilik)
    Metatarsus adduktus (anadangəlmə ayaq ön hissəsində içə tərəf əyrilik)
  8. Uşağın bələnməsi
    Uşağın bələnməsi
  9. Coğrafi (İsveç 1.7/1000,köhnə Yuqoslaviya 75/1000) və İrqi fərqlər (Çinli/Afrikalı; ~ %0, Avrapoid irq; %0.1)

Coğrafi və İrqi fərqlər

Anadangəlmə bud-çanaq oynağı displaziya və çıxıqlarında xəstənin anamnezi əhəmiyyətli yer tutur. Xüsusilə hamiləlik, doğuş və doğuş sonrasının araşdırılması şərtdir. Fiziki müayinədə xəstənin yaşına görə testlər(Ortolani Barlow), oynaqda abduksiya məhdudiyyəti, aşağı ətraflar arasında uzunluq fərqi, yeriyən xəstələrdə axsama, ördəkvari yeriyiş, daha irəli yaşlarda bud-çanaq oynağı ağrısının olması kimi xüsusiyyətlərə əhəmiyyət verilməlidir. Körpə 4-6 aylıq ikən ən uyğun diaqnostik metod bud-çanaq oynağı ultrasəsidir. Kliniki müayinəsi müsbət və xüsusilə bir bə ya birdən çox risk faktoru olan körpələr ilk 4-6 həftədə ultrasəs ilə müayinə edilməlidirlər. 6 aylıqdan sonra ultrasəs diaqnostik əhəmiyyətini itirir. Bu yaşdan sonra diaqnozun təsdiqlənməsi üçün bud-çanaq oynağı rentgeni daha uyğun radioloji metod sayılır.

qasiqtest

oynaq

abdukasiya

Respublikamızda adət-ənənə şəklini alan bələmə alışqanlığı bud-çanaq oynağı üçün risk faktorudur. Körpələri bələməməsi üçün ailələr məlumatlandırılmalıdır. Eyni zamnda daşınması, uyğun geyim seçimi önəmldir. Bundan başqa valideynlər bud-çanağını bir-birinə yaxınlaşdırıcı, diz oynağını məcburi açıcı hərəkətlərdən qaçmalıdırlar. Bu hərəkətlər oynağın çıxmasını provakasiya edir.

asqasiq

assd

Müalicə:

Bud-çanaq oynağı displaziya və çıxığı müalicəsində əsas məqsəd stabil, normal hərəkət açıqlığına sahib, ağrısız və radioloji kriteriyalara görə normal hüdudlarda bud-çanaq oynağı əldə etməkdir. Bu məqsədə çatmağın əsas yolu erkən diaqnoz və müalicədir. Xəstəliyin müalicəsi körpənin yaşı artdıqca kompleks hala gəlir və artan yaş ilə əldə ediləcək müalicə nəticələri də pisləşir.

Müalicənin təməl hərəkət nöqtəsi stabil və konsentrik reduksiya əldə edilməsi və bunun davam etdirilməsidir. İlk bir yaş içində reduksiya konservativ metodlarla əldə edilə bilindiyi halda , 1 yaşından sonra stabil və konsentrik reduksiya adətən cərrahi metodlarla olur.

Körpə ilk 4-6 aylıqda ikən ideal müalicə metodu Pavlik bandajı tətbiqidir. Pavlik bandajı körpənin oynaq hərəkətlərinə müəyyən qədər icazə verən dinamik bir cihazdır.

mualice

mualice1

6 ayından sonra körpə müraciət etdikdə və ya Pavlik bandajı ilə reduksiya alınmadıqda ümumi anesteziya altında qapalı reduksiya və reduksiyanın davamı üçün pelvipedal gips tətbiqi lazımdır.

doctor

1 yaşından sonra bütün xəstələrdə reduksiya açıq(cərrahi) olaraq yerinə yetirilir. Əməliyyat sonrası qapalı redukisiyada olduğu kimi pelvipedal gips tətbiq edilir.

1

2 3

18 aydan böyük körpələrdə açıq reduksiya ilə yanaşı qalça sümüyü osteotomiyaları icra edilir. Bu xəstələrdə 3 yaşından sonra əlavə olaraq bud osteotomiyaları icra edilir.

18.1 18.2 18.3 18.4

8 yaşından böyük xəstələrdə müalicə nəticələri adətən üz güldürücü olmur. Bu səbəblə də xəstəliyin daha erkən yaşlarda müəyyən edilib dərhal müalicə edilməsi lazımdır. Bu yaşdan sonra edilən bütün əməliyyatlar qurtarma əməliyyatlarıdır. Bu əməliyyatlar vasitəsilə xəstəliyin gələcəkdə yaranacaq problemləri gecikdirilmiş olur.

Nəticə:

Bud-çanaq oynağı displaziya və çıxıqları respublikamızda tez-tez rastlanan önəmli oynaq problemidir. Xəstəliyin erkən dövrlərdə diaqnozunun qoyulması və müalicəsi ilə mükəmməl nəticələr əldə etmək olar. Lakin vaxtında müalicə edilməyən uşaqlarda nəticə daha pis olur. Bu səbəblə də bütün yenidoğulmuşların  düzgün müayinə edilməsi, xəstəliyin risk faktorlarının bilinməsi və riskli xəstələrin vaxtında ortoped-travmatoloq tərəfindən skrininqi gələcəkdə sosial bir problem olan xəsətliyin qabağının alınmasını mümkün hala gətirəcəkdir.

result

Rəy bildir