
Bud-çanaq oynağı bud sümüyünün çanaq sümüyü ilə birləşdiyi yerdəki oynağa verilən addır. Bud-çanaq ağrısı sıx görülən bir problemdir. Fərqli səbəblərə bağlı olaraq demək olar ki, hər yaşda görülə bilər.
Xəstələr bud-çanaq oynağı ağrısını daha çox qasıqda, budun ön səthində, hətta dizə yayılan ağrı şəklində hiss edirlər. Bud-çanaq problemlərində yeridikdə, aşağı ətrafa yük verdikdə, istirahəttə ağrı ola bilər. Bu zaman bud-çanaq nahiyəsində şişkinlik, yerli temperatur artışı, oynaq hərəkət məhdudiyyəti yarana bilər.
Bud-Çanaq oynağı ağrısının səbəbləri nələrdir?
1.Bud-çanaq oynağı ətrafındakı yumşaq toxumalardan qaynaqlanan ağrılar: Əzələlərin və sümüklərin arasında sürtünməni azaltmaq üçün yerləşən kiçik kisəciklərin iltihabı zamanı yaranan bursitlər bu bölgənin ağrılarının ən sıx səbəblərindəndir. Öyrəşmədiyimiz ağır fiziki işdən sonra əzələ ağrıları yarana bilər. Uzun məsafə qaçan bəzi idmançılarda da çox istifadəyə bağlı ağrılar görülə bilər.
2. Bud-çanaq oynağının duzlaşması(Koksartroz,osteoartroz,osteoartrit)
3.Revmatizmal xəstəliklər
4.Anadangəlmə bud-çanaq oynağı çıxıqları
5.Keçici oynaq zarı iltihabı
6.Travma
7.Xoş və Bəd xassəli törəmələr
8.İnfeksion xəstəliklər
9.Onurğanın bel nahiyəsindəki problemlər( Bel nahiyəsi osteoxondrozları, disk yırtığı, dar onurğa kanalı və s.)
Bud-çanaq ağrısı diaqnozu necə qoyulur?
Həkim xəstələrə diqqətlə suallar verərək şikayətlərini öyrənməyə çalışır. Şikayətlər fiziki müayinə qədər əhəmiyyətlidir. Buna görə də həkiminizə ağrı ilə əlaqədar ətraflı informasiya verməyiniz zəruridir. Fiziki müayinədən sonra həkiminiz sizdən qan analizləri, rentgen və MRT istəyə bilər.
Bud-çanaq nahiyəsi ağrıları necə müalicə olunur?
Bud-çanaq nahiyəsi ağrıları səbəbindən asılı olaraq müxtəlif cür müalicə olunur.
1.Ağrının səbəbindən asılı olmayaraq , xüsusilə erkən dövrdə ağrını azaltmaq və mövcud xəsarəti minimuma endirmək üçün istirahət məsləhət görülür. Bu dövrdə nərdivana çıxmaq, velosiped sürmək, qaçmaq və s. kimi aktivliklərə məhdudiyyət qoyulur.
2.İsti və ya soyuq tətbiqi şikayətin müddətinə bağlı olaraq tərcih edilir. Travmalara bağlı əzilmələrdə ilk 24-48 saat içində buz qoymaq tövsiyyə edilir. Revmatizmal xəstəliklərdə oynaqda şişkinlik və istilik varsa eynilə buz tətbiqi faydalıdır. Ancaq bəsit əzələ tutulmalarında , yumşaq toxuma əzilmələrində erkən dövr keçdikdən sonra isti tətbiqi daha yaxşı nəticələr verir.
3.Gərmə hərəkətləri tutulan əzələləri yumşaltmaq, istirahətə bağlı qısalmış olan yumşaq toxumaların elastikliyini artırmaq üçün faydalıdır.
4.Duzlaşma və əzələ ağrılarında ağrıkəsici qəbul etmək və dərin qanlanmanı artıraraq toxuma sağalmasını sürətləndirdiyi üçün fizioterapiya tətbiq edilə bilər.
5.Gimnastika fizioterapiya və ağrıkəsicilər qədər effektivdir. Gimnastika həm də ağrının şəklini azaldır.
6.Dərman müalicəsi olaraq ağrıkəsici(QSİƏ) və əzələ spazmını götürən dərmanlar istifadə edilə bilər.
7.Arıqlamaq bud-çanağa düşən yükü azaltdığı üçün ağrının azalmasına da səbəb olur.
8.Dəyənək, yerimə cihazları oynağa düşən yükü azaltmaqda və müvazinəti saxlamaqda köməkçi olduğu üçün istifadə edilə bilər.
9.Xoş və bəd xassəli törəmələrdə törəmənin cərrahi yolla çıxarılması lazım ola bilər. Bud-çanaq oynağının ağır duzlaşmalarında (koksartroz), ağrı konservativ müalicəyə cavab vermədikdə sıradan çıxmış oynaq yeni süni oynaqla(endoprotez) əvəz oluna bilər. Bu əməliyyat dünyada ən effektiv və yayılmış əməliyyatlardan biridir.
Salam hekim.menim sol ayaqim dehwet aqrayirdi hetta yereye, terpene bilmirdim aqridan.mrt muayinesi eledim ve bud canaq nahiyyesinde menfezi olmayan maye awkarlandi.sizce bu ned3n ola biler? Ama 1hefteden sonra agrilarim kecibdi
ReplySalam doktur sag ayagin canax oynaginda kesgin agri var yeriye bilmirem.Bundan alti ay evvel bele bir agri baslamiwdi hemen yerde o zaman Blokiyum B12 iynesi vuruldu agri kecdi yene agri bawlayib bu defe hemem iyneden 2 denesi vuruldu ama agri gunden gune kesgin artir.sizden meslehet almaq isdiyirem etrafli melumatlandirasiniz cox xahis edirem diqetinize gore sagolun
ReplySalam hekim menim sag tutur 1 heftedi agrisi dozulmezdi butun gun agri var heccneyle rahatlawmir az da olsa geze blmirem topallayiram bir de hamileyem hekime getdim Turkiyede yawayan adamam dedi belindendise beyin cerrahina gedin dedi bir yolu varmi ayagimin agrisi hec dinmir yatarken de hansi terefe yatim nece yatim ki agrim olmasin blmirem sehere qeder qivriniram yerimde…xahiw edirem en azindan neyle bir az rahatlaya bilerem men ev weraitinde?agri kesici de atdim kecmedi agri canagimdan gelir ayagimi hec bir az da olssun ne yana ede blirem ne de yuxari qaldira bilirem sadece agrilar var
ReplySalam həkim mən bir iki ay öncə sərt şəkildə yıxılmışdı, əvvəl ayağımda ağrı yox idi, sonra sol ayağımda bud çanaq hissəsində ağrılar başladı, daha çox uzanarkən olur. Ağrı aşağı bud və aşağı nahiyəsində də olur. Belimdə qətiyyən ağrı yoxdur. Nə məsləhət görürsünüz?
ReplySalam. İstirahət və ağrıkəsici. Ortoped travmatoloqa müraciət.
ReplySalam.məndə də olmusdu.bilokium vurdum.8 ay elemdiyim mualice qalmadu.sonda bildim burselyozam.qani yoxlayin infeksiyadan analiz verin
ReplySalam ,mende sol terefde keskin agri var,belimden dizime vurur agri,artiq gucle yeriyirem.Defelerle mualice olunmusam,bezi hekimler feqere agrisi oldugunu dediler,emerteye bele girdim amma sagalmiram.Mene komey olmaginizi xais edirem.
ReplySalam. Müayinə etmək lazımdır. Mrt-niz baxılmalı. Lazım olduqda omba-qalça və bud-çanaq oynağı da araşdırılmalıdır.
ReplySalam ayağın yuxarı hissəsinin batması sümük yerdəyişməsi müalicəsi nədi?
ReplySalam. Sümük sınığı və ya yerdəyişməsi qapalı yolla reduksiya və ya əməliyyat yoluyla icra edilə bilər.
ReplySalam.Menim sag ayagimin canaga birlesen yerinde agri var.Axieinci defe futbol oynayanda topu viranda ele hiss eledim ki,ayagim canaq hisseden buruldu.Indide agrilar var azalmisdi deye istedim yeniden oynayim,amma oynaya bilmedim,yene agrilar basladi siddetlenmeye.Neden ola biler?Mualicesi nece olmalidi?
ReplySalam. Əzələ dartılması və ya qopması ola bilər. Araşdırmaq lazımdır.
ReplySalm hekim menim anamin 2-3 gunduki arxadan canaq terefde dize doqru amma dizden yuxari aqrilari var xahiw edirem cavab yazin cox vacibdir ne ede bilerem men deyiremki damardan yada yumwaq toxumalardandir siz nece duwunursuz?
ReplySalam Hekim men idmanda her iki dizimi ezmisem amma sag terefdeki
Replydizimde agri yoxdu canagn yuxari hisseinde sis var amma mene ele gelir ezele siskinliyidi onuncun ne ede bilerem? birde maye yiglb ola biler? 2 gundu bu hadise olub, yeni 2 gune maye yigla biler?
Salam.Hekim mende gece yatdigim yerde seher saat 6 da agri ile oyandim evveller bele hadise yawamamiwam.2 ci gunduki budun canaga birlewen hissesinde dayanmadan agrim var.Hekim bu neden ola biler? Agri mene gece yuxuda iken gelerek oyadib
ReplyCox xaish edirem cavablandirin
Salam doktor. 35 yaşım var. 1998-ci ildə sol bud-çanaq oynağımdan əməliyyat olmuşam(otsixandropateriya) ayağıma mil qoyulub və 2000-ci ildə mil çıxarılıb. Hal hazırda ayağımda 3-5 sm qısalıq var və arada diz nayihəmdə ağrılar var. Ayağımda hərəkət məhdudiyyəti var. Dizdən sağa və sola qatlaya bilmirəm eyni zamanda ayağımı 90 dərəclik çanaqdan tam yığa bilmirəm.
ReplySalam. Uzatma əməliyyatından fayda görə bilərsiniz. Çanaqda və dizdə artroz varsa və konservativ müalicə fayda vermirsə endoprotez əməliyyatından fayda görə bilərsiniz.
ReplySalam həmom məndədə bu ağrılar var hətta dozulməz dizlərim çox ağrıyır tutulur keyləşir əvvəl çox ayaq üstə qalanda çox yeriyəndə olurdusa neçə vaxtdı dayanmadan ağrı var axşam yata bilmirəm dizlərimi biraz yığsam açanda dəhşət ağrı verir.arada bud çanaq da ağrıyır keyləşir.bel omada 3 mm suruşmə daralma var ondan olar yoxsa nədən xahiş edirəm cavab verəydiniz.
ReplySalam. gecə ağrıları əksər hallarda sinirlə bağlı olur.
ReplySalam həkim.ombam ağrıyır.sol ayağ ombadan barmağa qədər keyiyir özümü saxlaya bilmirəm.yol gedə bilmirəm.bunun üçün neyləyim?
Reply@Şəmsəddin Salam. Nevropatoloqa müraciət etməlisiniz.
ReplySalam doktur menim sol terefimde bud canaq oynagindan yuxari boyure teref boyume ve hemin terefde agri var. Salvar geydiyim zaman daha da guclenir. 1 heftedir ferqine varmisam. Ne etmeliyem? Sol teref ustunde uzananda ele bil nese batir.
ReplySalam hansi teref aqriyirsa o teref uste bir iki gun yatma ve dincel istirahet etme sen ve senin kimi xesteler bu cur olanlar velosipet surmemeli,nerdivanacixmamali ve idmanla mewgul olmamalidirlar
ReplySalam hekim.sol ayagim tutulurdu yolu getdiyim yerde.agri bud nahiyesine qeder verirdi.muayine ve mrt olundum.mrtnin cavbi cixdi ki ayagda yirtiq var veter duzgun qidalanmir ve hekim mualice yazmadn dediki hec ne yoxdu.xahiw eliyirem melumatlandirin meni dogurdanda hec ne yoxdu yoxsa mualice olunmalidi? Hava soyuq olanda keskin agrilar olur hemde revmotizmada var mende.
ReplySen aqri olarken en yaxxwisi indomatsin mazindan vur eger xeyri olsa onda revmatizimdi
Replymende sol terefde agri olur arxadan qabaga dis qefesine vururbu neyin problemidu menim esas sualim kurek problemi qabaga dos qefesine agri vere biler bur de teziq
Replymede alti vezinizde problem var.osdura xandroz olufsuz
ReplySalam demeli mart ayinda sklatdan mal cixardan zaman agir araba cixartdarken araba elimden cixdi ve men mallarin qirilmamasi ucun ozumu qabaqa cekib elimi uuzatdim araba cox cetinlikle saxladim dartinaraq ondan sora baxd im ki isleye bilnirem yerden agir nese mal qaldira bilmirem sag boyrek terefden diyesen canaq hissemdi sag terefden 2 ay idi agrimir di indi bu nece gunde agir daslar qaldirdim agri yene basladi yeqinki o qaldirdiqim aletlerden oldu cunki idmanla mesqul oluram bu tehlukeli olarmi nese mende ?????oturanda stolda biraz eyri kimi agriyir canaq ne ede bilerem ??
Reply