Bud-çanaq oynağı yükünüzü daşıdığı üçün aşınmağa və sıradan çıxmağa ən sıx məruz qalan oynaqlardandır. Bu xəstəlik tibb dilində Koksartroz, el arasında duzlaşma olaraq bilinir. Bütün oynaqlar kimi bud-çanaq oynağının da həm oynaq başı, həm oynaq yuvası qığırdaqla örtülür. Qığırdaq səthi hamardır və iki sümüyün bir-biri üzərində ağrısız və minimal sürtünmə ilə sürüşməsini təmin edir.


Bu oynaq qığırdağının pozulması və aşınmasına duzlaşma vəya koksartroz deyilir. Əslində el arasında deyilən duzlaşma ilə heç bir əlaqəsi yoxdur. Xəstələrdə ilk şikayətlər səhər yerindən qalxarkən qasıqda və budun ön-iç tərəfinə yayılan ağrı və narahatçılıq hissinin olmasıdır. Ağrı hərəkət edərkən artır, istirahətlə azalır. Bu şikayətlər digər  bud-çanaq oynağı xəstəliklərində də rast gəlinir.

Müalicə edilməyən koksartrozlar illər sonra getdikcə ağırlaşır və xəstənin yeriməsini çətinləşdirir. Ağır hallarda oynaq ətrafında yeni sümük çıxıntılar(osteofitlər) yaranır. Bu dövrdə qığırdaq tamamilə aşınmışdır, sümük sümüyə sürtməyə başlamışdır. Bir müddət sonra oynaq hərəkəti tamamilə məhdudlaşa bilər. Bundan sonra əzələlərdə zəiflik və çatışmazlıq yaranır.

Bu xəstəlik birincili və ikincili ola bilər. Birincili koksartrozda duzlaşmaya səbəb olan müəyyən xəstəlik yoxdur. Birincili koksartrozun səbəbləri arasında genetik meyillilik, çəkinin artıq olması, ağır fiziki iş(mikrotravmalar) və s.  görülür. İkincili koksartrozlar müəyyən xəstəliklər zəminində yaranmış olur.

İkincili koksartrozların səbəbi olaraq bud-çanaq oynağı displaziyaları,  bud-çanaq oynağında keçirilmiş sınıqlar, revmatizmal xəstəliklər(RA, YRA, Bexterev xəstəliyi vəs.), bud sümüyü başı avaskulyar nekrozu, oynaq nahiyəsinin keçirilmiş infeksiyaları  göstərilə bilər.

Diaqnoz fiziki müayinə və çəkilən rentgenlə qoyulur. Ağırlıq dərəcəsinə görə həkiminiz sizə uyğun müalicə məsləhət görəcəkdir. Müalicə konservativ və cərrahi olaraq ikiyə bölünür.

Konservativ müalicə

Bu müalicədən daha çox xəstəliyin erkən dövrlərində olanlar fayda görür.

-Aşağı ətrafınıza az yük verməyə çalışın.

-Düzənli olaraq bud-çanağa yük verməyərək, ətrafındakı əzələləri gücləndirən idmanla məşğul olunuz. Xüsusilə üzgüçülük, su aerobikası, salon velosipedi oynaq ətrafındakı əzələləri gücləndirir və oynaq hərəkət açıqlığını qorumağa yardım edir.

buddd

-Revmatizma və iltihab əleyhinə dərmanlar istifadə edilir.

Revmatizma və iltihab əleyhinə dərmanlar istifadə edilir.

-Gecələr lazımı qədər istirahət edilməlidir.

-Artıq kilolar əridilməlidir.

Artıq-kilolar-əridilməlidir.

-Dəyənək istifadə ediləbilər.

Dəyənək

Cərrahi müalicə

Cavan yaşda yaranan duzlaşma cərrahi yöndən çətin bir problemdir. Erkən dövrdə bud-çanaq oynağı artroskopiyası xəstəliyin gedişatını yavaşlada bilər. Bud-çanaq oynağı artoskopiyası dünyada çox az mərkəzdə edilə bilən cərrahi müalicə üsuludur və məhdud müdaxilə imkanına malikdir.

Protez öncəsi edilə bilən digər müalicə metodu osteotomiyalardır. Osteotomiya köməkliyi ilə bud sümüyü proksimal qismi kəsilərək yük daşıma  sahəsi qığırdaq səthi normal olan tərəfə yer dəyişdirir.Bu metod son dövrlərdə protez cərrahiyyəsindəki inkişafla əlaqədar olaraq nadir hallarda tətbiq edilir.

Son dövrlərdə bud başındakı yerli qığırdaq defektlərində tətbiq edilən qığırdaq köçürmələri xəstəliyin inkişafını gecikdirir. Yuxarıda qeyd edilən əməliyyat növləri  məhdud sayıda xəstələrə tətbiq edilə bilinir.

Duzlaşmada radikal cərrahiyyə total bud-çanaq oynağı endoprotezləşdirməsi əməliyyatıdır.Bu əməliyyatla bud başı çıxarılır , sirkə kasası oyulur. Həm sirkə kasasına , həm də budun üst kanalına protez yerləşdirilir.

protez

Rəy bildir