Bud-çanaq oynağı endoprotezinə əsasən 3 xəstəlik səbəbi ilə ehtiyac duyulur.

1. Bud-çanaq oynağı duzlaşması (koksartroz)

Bud-çanaq oynağındakı duzlaşmaya bağlı narahatçılıqlar həyat standartınızı ciddi şəkildə mənfi  yöndə dəyişdirməyə başlamışsa endoprotez əməliyyatı vaxtı çatmışdır.Buradan belə nəticə çıxarmaq olar ki, əməliyyat vaxtını həkim deyil xəstə müəyyən edir. Bud-çanaq duzlaşması bölümünə baxınız.

Bud çanaq oynağı endoprotezlesdirilmesi Artroplastika

2. Bud-çanaq oynağı nahiyəsindəki sınıqlar

Bud sümüyü boyun sınıqlarının böyük bir hissəsi bitişmir və ya bud başında qanlanmanın pozulmasına səbəb olur. Bu səbəblə də bitişmə ehtimalı az olan bud başı çıxarılaraq endoprotezlə əvəz olunur. Bu əməliyyatla sadəcə bud qismi çıxarıldığı üçün hemiartroplastika(yarım endoprotezləşdirmə) adlandırılır. Bəzən daha əvvəl bud-çanaq  oynağında keçirilmiş xəstəliklər(RA, sirkəkasası sınıqları və s.) səbəbi ilə sirkə kasasında qığırdaq aşınması görüldükdə oynaq kasası da eyni seansda endoprotezləşdirilir.

bud-canaq-oynagi-nahiyesindeki-siniqlar

3. Bud başı qanlanmasının pozulması

Bud başını qidalandıran damarların tutulması nəticəsində sümük nekrozu(ölümü) əmələ gəlir və daha sonra bud başı çökür. Bu xəstəliyin çox vaxtı səbəbi bilinmir və idiopatik bud başı avaskulyar nekrozu(bud başı AVN) adlanır. Uzun müddət steroid(kortizon) dərman istifadə edənlərdə də yarana bilər. Bud başı çökübsə və buna bağlı oynaq qığırdağında aşınma baş verirsə xəstələr endoprotez əməliyyatından fayda görürlər.

Bud başı qanlanmasının pozulmasıƏn çox verilən suallardan biri də protezin ömrü ilə bağlıdır. Burada xəstəyə aid bəzi xüsusiyyətlər önəmlidir: bunu yaş, cinsiyyət, bədən çəkisi və hərəkət səviyyəsi  müəyyən edir. Protez əməliyyatı düzgün əllərdə və təcrübəli cərrah tərəfindən icra edildikdə xəstələrin 98%-ində 10 il ərzində problem yaşanmır. Günümüzdə müasir  cərrahi texnika və protezlər sayəsində endoprotezin ömrü 20-25-ilə qədər artmışdır. 65 yaş üstü, 70 kg-ın altında  və az hərəkətli  xəstə qrupu protez əməliyyatı üçün  ideal sayılır. Endoprotez edilməsi üçün təcrübəli cərrah xaricində uyğun əməliyyatxana  şəraitinin olması  vacibdir. Bu əməliyyatın ən önəmli ağırlaşması 1-2%(ən uyğun əməliyyatxanada belə) nisbətində infeksiya görülməsidir. İnfeksiya olarsa əlavə cərrahi proseduralar lazım ola bilər. Uyğun əməliyyatxana deyilərkən infeksiya kontrolu çox yaxşı olan , “laminar airflow” olan əməliyyatxanadan bəhs edilir. Damar yaralanması demək olar ki rastlanmır. Bud-çanaq oynağına arxa kəsiklə girilidikdə oturaq sinirinə zərər vermə ehtimalı(0.7%-3.5%) ola bilər.

Laminar airflow

Əməliyyatla oynağın hər iki səthi plastik və metalkomponentlərlə dəyişdirilir. Komponentin sümüyə iki cür fiksasiya metodu mövcuddur.Bunlardan biri polimetilmetakrilat(PMMA) adı verilən sement ilə fiksasiyadır. Digər metodda(sementsiz) protez komponentinin üzəri xüsusi materialla örtülmüşdür. Bu material sayəsində müəyyən müddət sonra protez ətrafında sümük inkişaf edərək bioloji fiksasiyaya səbəb olur. Sirkə kasası komponenti vintlə vəya vintsiz fikasiya edilə bilər. Yaşlı xəstələr və osteoporozu olanlar xaricində əksər hallarda sementsiz protezlər istifadə olunur. Sementli protezlərdən sonra erkən dövrdə aşağı ətrafa yük vermək olar. Sementsiz protezlərdə  bioloji  fiksasiya gözlənildiyi üçün 1 ay ayağa tam yük verməmək tövsiyyə olunur.

polimetilmetakrilat

bud çanaq oynağı endoprotezləşdirilməsi artroplastikaGünümüzdə endoprotezlərin böyük bir qismi sementsiz və ya hibrid(çanaq qismi sementsiz,bud qismi sementli) olaraq qoyulur. Sementsiz protezlərdə protez səthinə doğru inkişaf edən sümük  protezi vücudun bir parçası kimi fiksasiya edir. Ancaq bu bitişmə üçün sağlam sümüyə ehtiyac vardır. 60 yaşın altında olan və ciddi daxili problemləri olmayanlar bu qrupa daxil edilir. 60 yaşın üstündə olan xəstələrdə bud komponenti sementsiz qoyulduqda mikro hərəkətlər olduğu üçün dizə yayılan ağrılar yarana bilər.  Bunun qabağını almaq üçün çox hallarda bu yaş qrup xəstələrdə bud komponentini sementli, çanaq komponentini isə sementsiz (hibrid)qoymaq tərcih edilir. 70 yaşın üstündə osteoporoz(sümük  əriməsi) olan xəstələrdə sümük keyfiyyəti  zəif olduğu üçün sementli protezlər istifadə edilməsi məsləhət görülür. Burada göstərilən yaş hüdüdları mütləq deyildir və xəstədən xəstəyə dəyişə bilər.

Əməliyyat prosesi və sonrası

Əməliyyat öncəsi xəstə müəyyən olunmuş laborator analizlər, kardioloji və anestezioloji müayinələrdən keçir.Xəstələr əməliyyatxanaya alındıqdan sonra epidural və ya ümumi anesteziya verilir, ardından əməliyyat olacaq ətraf antiseptik yod məhlulları ilə silindikdən sonra steril örtülərlə çevrəsi örtülür. Bu müddət  40 dəqiqə alır. Əməliyyat təcrübəli əllərdə 2 saat çəkir. Əməliyyat vaxtı  protez ətrafındakı  qanı boşaltmaq üçün drenaj qoyulur. Əməliyyat qurtardıqdan sonra xəstələr 30 dəq-1 saata qədər ayılma otağında gözlədildikdən sonra palataya alınır. Daxili orqanlarında problemi olanların və yaşlı xəstələrin əməliyyatdan sonra reanimasiyaya alınma ehtiyacı ola bilər. Xəstələr palataya alındıqdan 2 saat sonra tamamilə oyanırlar. Yara ağrısı ağrıkəsicilərlə kontrol altına alınır. Əməliyyatdan 5-6 saat sonra xəstələr yemək yeyə bilir. Əməliyyatdan sonra 2 gün xəstənin yeriməsinə,3. gün tualetdəoturmasına icazə verilir. Xəstə əməliyyatdan sonra ortalama 5-7gün xəstəxanada qalır.  3-cü gün drenaj çəkilir və hər 3 gündə bir yara sarğısı edilir. 15. gündə tikişlər alınır və sonra yuyunmağa icazə verilir. Əməliyyatdan bir neçə gün sonra bud-çanaq və diz oynaqlarını bükmə və əzələ gücləndirmə gimnastikalarına başlanır. Bu gimastikalar bud-çanaq oynağının tamamilə hərəkətini qazanana qədər davam etdirilir. Ümumiyyətlə 6 həftə sonunda bud-çanaq hərəkətləri normaya dönür. Xəstələr ilk 3-6 ayda bud-çanaq və aşağı ətrafda şişklik və protezin varlığını hiss edə bilərlər. Əməliyyatdan bir həftə sonra yara ağrısı azalır və oynaq hərəkətləri ağrısız hala gəlir. Əməliyyat zamanı öndən və arxadan cərrahi kəsik aparılmasına görə postoperasion gedişat fərqli olur. Öndən kəsik aparıldıqda bud-çanaq oynağının həddindən çox açılması(ekstensiya), iç və bayır rotasiyasının əngəllənməsi üçün aşağı ətrafları aralanmış və bud-çanağı az bükülmüş vəziyyətdə tutmaq lazımdır.  Bunun üçün aşağı ətraflar arasına yastıq, diz altına az yüksəklik qoyulur. Bu vəziyyət 6 həftə davam etdirilir. Xəstəyə 3 ay yan və üz üstünə yatması qadağan edilir. Əməliyat arxa kəsiklə aparıldıqda bud-çanaq oynağının həddindən çox bükülməsi , iç və bayır rotasiyası əngəllənməlidir. Bu tədbirlər qoyulan protezin yerindən çıxmaması(dislokasiyası) üçün vacibdir. Ümumiyyətlə bu əməliyyatdan sonra xəstənin çox alçaq yerlərə oturması qadağan edilir.

Əməliyyata qərar verən xəstələr bəzi şeylərdən agah olmalıdırlar.

Əməliyyat zamanı və sonrası erkən dönəmdə ola biləcək ağırlaşmalar

İnfeksiya: Ən yaxşı əməliyyatxana şəraitində protez əməliyyatı sonrası infeksiya 1-2% qədərdir. Bu əməliyyat üçün əməliyyatxanada “laminar airflow” özəl havalandırma sistemi sayəsində mikrobun yayılması minimuma endirilir. Normal əməliyyatxanalarda bu nisbət  5-10% qədərdir. İnfeksiya olduqda yenidən oynaq debridmanı(təmizlənməsi) əməliyyatı lazım ola bilər. Xroniki və tabe olmayan infeksiyalarda  protezin çıxarılması zərurəti yarana bilər. Bu vaxt oynaq təmizlənir, protez çıxarılır və protezin yerinə antibiotikli sement(spacer) yerləşdirilir. Əməliyatdan sonra 3 aya qədər damardan antibiotik müalicəsi verilir. İnfeksiyanın keçdiyindən əmin olduqda isə yeni endoprotez əməliyyatı edilir. Infeksiya olmaması üçün əməliyyatdan 1 saat öncə damardan antibiotik vermək lazımdır. Antibiotik əməliyyatdan sonra da davam etdirilir. Digər tərəfdən əməliyyat vaxtı istifadə edilən alətlərin sterilizasiyasına xüsusi diqqət yetirmək lazımdır.

Dərin vena trombozu

Bu ağırlaşma 5%-dən az xəstələrdə görülür. Əməliyyatdan 3 gün sonra başlayır və ən çox 6-10-cu günlərdə görülür. Amma nadir də olsa əməliyyatdan aylar sonra da yarana bilər.  Dərin vena  tromblarının 5-10%-i(10000 xəstədə 5-10 nəfərdə)  damardan qoparaq ağciyərə və beyinə gedərək həyati təhlükə yarada bilər. Xəstələrin bəzilərində əlavə risk faktorları vardır. Bu risk faktorlarına qadınların hamiləlik əleyhinə kontraseptiv dərman qəbul etməsi, xəstələrin daha əvvəl dərin vena trombozu keçirməsi, aşağı ətraflar venalarda varikoz genişlənmələr olması, ailəvi meyillilik və s. nümunə göstərilə bilər.

Dərin vena trombozundan qorunmaq üçün qan laxtalanmasını azaldan dərmanların qəbulu, əməliyyat sonrası  antiembolik corabların geyilməsi, yataq içində gimnastikalar və erkən ayağa qalmaq və yerimək vacibdir. Əgər xəstələrdə əlavə risk faktorları varsa bu tətbirlər daha uzun müddətə tətbiq edilməlidir.

Texniki xətalar

Endoprotez əməliyyatı texniki olaraq çox kompeks bir əməliyyatdır. Bu səbəblə də texniki xətalara bağlı ağırlaşmalar hər zaman rast gəlinə bilər.  Təcrübəli əllərdə bu xətalar minimuma enməkdədir.

Oynağın çıxması(dislokasiyası)

Endoprotez əməliyyatı keçirmiş xəstələrdə 3 ay müəyyən hərəkətlərə qadağa qoyulur. Bu hərəkətlərə çanağı  90 dərəcədən çox bükmək, ayağı ayaq üstünə atmaq, corab geymək, namaz qılmaq, ayağı içə və bayıra çevirmək daxildir. İlk 3 ayda bu hərəktlər edildikdə, endoprotez ətrafında oynaq zarı tam sağalmadığı və əzələ gücü tam dönmədiyi üçün bud başı oynaqdan  çıxa bilər. Belə olduqda protezi yenidən oynağa qoymaq üçün xəstəyə ümumi anesteziya vermək lazımdır.

Rəy bildir