DİZ PROTEZİ (Diz Artroplastikası)

Diz artroplastikası diz oynağında duzlaşmaya bağlı şiddətli ağrısı olan xəstələrdə ağrını azaltmaq, oynaq hərəkətini təmin etmək və həyat keyfiyyətini artırmaq üçün edilən cərrahi əməliyyatdır. Diz protezi əməliyyatı üçün müraciət edənlər  konservativ  müalicələrdən(ağrıkəsi dərmanlar, müalicəvi gimnastika, fizioterapiya, oynaq içi inyeksiyalar) fayda görməyən və oynaqda şiddətli ağrıları və hərəkət məhdudiyyəti davam edən xəstələrdir.

Duzlaşmada xəstələr ilk olaraq ağrıdan şikayət edirlər. Ağrı əvvəlcə uzun müddət ayaq üstə durduqda və yürüyüş zamanı yaranır. Vaxt keçdikcə ağrı daha qısa hərəkətlərdə yaranır və daha  uzun sürür.Ağrının davamlı hal almasıyla xəstələrin həyat keyfiyyəti düşür. Ağrı daha ağır formalarda xəstənin evdən çıxmasına , hətta bəzən gündəlik işlərini görməsinə əngəl törədir.

Diz oynağı 3 kompartmandan ibarətdir. Əgər bu kompartmanlardan ikisində duzlaşma varsa total diz protezi qoyulmalıdır. Duzlaşma sadəcə bir kompartmanda olduqda minimal invaziv qismi diz protezi(unikompartmantal diz protezi) tərcih edilə bilər.

diz oynağı

Total diz protezi qığırdağı sıradan çıxmış oynağın hər iki səthinin metal və polietilendən istehsal olunan parçalar ilə örtülərək ,ağrısız şəkildə hərəkətinə imkan yaradan süni bir oynaq yaradılmasına deyilir. Bu əməliyyat zamanı aşınmaya məruz qalan oynaq qığırdağı uyğun qalınlıqda sümük təbəqəsi ilə kəsilərək çıxarılır, protez ölçüsü alındıqdan sonra uyğun ölçüdə implantlar polimetilmetakrilat adlanan tibbi sementlə sümüyə tutdurulur. Bu əməliyyatla oynaq səthləri  yenidən metal və plastikdən hazırlanmış protezlə yenidən örtülmüş olur.

diz-protezi-qığırdağı

Protez əməliyyatı daha çox 60 yaş üstündə olan xəstələrə edilir, ancaq revmatoid artrit, osteonekroz kimi xəstəliklərdə daha erkən yaşda da edilə bilər. Diz protezinin ömrü son modellərlə 25-30 ilə qədər uzanmışdır. Buna baxmayaraq 50 yaş altında olan xəstələrdə protez öncəsi digər metodlar sonuna qədər tətbiq edilməyə çalışılmalıdır.

Əməliyyata qərar verən xəstələr bəzi şeylərdən agah olmalıdırlar.

Əməliyyat zamanı və sonrası erkən dönəmdə ola biləcək ağırlaşmalar

İnfeksiya: Uyğun əməliyyatxana şəraitində əməliyyatdan sonra infeksiya nisbəti 2 %-ə yaxındır. Uyğun əməliyyat şəraiti deyərkən əməliyyatxanada ” laminar air flow” adlandırılan xüsusi mikrob bulaşmasını əngəlləyən hava axınının olması nəzərdə tutulur. Bu hava axınının olmadığı əməliyatxanalarda infeksiya 5-10%-ə yaxındır. İnfeksiya olduğu halda xəstə yenidən əməliyyata alınaraq oynaq  yuyularaq təmizlənir. Düzəlmədikdə və ya xroniki hallarda protezin çıxarılması zərurəti yarana bilər. Protez çıxarıldıqdan sonra yerinə 6-12 həftəliyinə antibiotikli sement yerləşdirilir və damardan antibiotik müalicəsi alır. İnfeksiya keçdikdən sonra yeni protez taxılır. İnfeksiya riskini minimuma endirmək üçün əməliyyatdan əvvəl xəstəyə damardan profilaktik olaraq antibiotik verilir. Antibiotikin verilməsi əməliyyatdan 3-5 gün sonra da davam edilir. Digər tərəfdən əməliyyat vaxtı istifadə edilən alətlərin sterilizasiyasına xüsusi diqqət yetirmək lazımdır.

Dərin vena trombozu(qan laxtalanması): Bu  ağırlaşma 5%-dən az görülür. Əməliyyatdan 3 gün sonra əmə gəlməyə başlayıb ən çox 6-10-cü günlər arasında görülür. Nadir də olsa əməliyyatdan aylar sonra da ola bilər. Əməliyyat olunan hər 10000 xəstədən 5-10 nəfərində venadakı  trombun qoparaq ağciyər və ya beyin damarlarını tıxama təhlükəsi var.  Bu cür ağırlaşmarın kotraseptiv (hamiləlik əleyhinə)dərmanlar istifadə edən qadınlarda, daha əvvəl vena trombozu olan xəstələrdə, aşağı ətraf venalarında varikoz genişlənmələri və ailəvi meyillilik olanlarda rast gəlinmə ehtimalı daha yüksəkdir.

Xəstələrə qan laxtalanmasını azaldan dərmanlar verilərək, antiembolik corablar geydirilərək,yataq içi hərəkətlər və erkən ayağa qalxma tövsiyyə edilərək bu ağırlaşma minimuma endirilə bilər. Xəstələr risk qrupuna daxildirsə bu sadalananlar daha uzun müddət təbiq edilməlidir.

Texniki xətalar: Protez əməliyyatı texniki olaraq çox mürəkkəb bir əməliyyatdır. Buna görə də texniki xətalar hər zaman və ya hər yerdə ola bilər. Bu əməliyyatı yaxşı bacaran və təcrübəli cərrahların əlində texniki xətaların olma ehtimalı da minimuma enməkdədir.

Əməliyyat və əməliyyatdan sonrakı dövr

Protez əməliyyatıXəstələr əməliyyatxanaya alındıqdan sonra epidural və ya ümumi anesteziya verilir, ardından əməliyyat olacaq ətraf antiseptik yod məhlulları ilə silindikdən sonra steril örtülərlə çevrəsi örtülür. Bu müddət 40 dəqiqə alır. Əməliyyat özü təcrübəli əllərdə 2 saat çəkir. Əməliyyat vaxtı  xəstələrin dizinə diz içindəki qanı boşaltmaq üçün dren taxılır və elastik xüsusi bandajlarla sarılır. Əməliyyat qurtardıqdan sonra xəstlər 30dəq-1 saata qədər ayılma otağında gözlədildikdən sonra palataya alınır. Daxili orqanlarında problemi olanların və yaşlı xəstələrin əməliyyatdan sonra reanimasiyaya alınma ehtiyacı ola bilər. Xəstələr palataya alındıqdan 2 sat sonra tamamilə oyanırlar. Yara ağrısı ağrıkəsicilərlə kontrol altına alınır.Əməliyyatdan 5-6 saat sonra xəstələr yemək yeyə bilir. Ertəsi gün xəstə oturdulur, çox ağrısı yoxdursa yerimə cihazı ilə ayağa tam basaraq yeriməyə icazə verilir. Xəstə ayağa qaldırılmadan əvvəl ən az 5-10 dəqiqə oturdulmalıdır.  Başı dönərsə 1 saat sonra yenə qaldırıla bilər.

Xəstə əməliyyatdan sonra ortalama 5-7gün xəstəxanada qalır. 3-cü gün dren çəkildikdən sonra fizioterapist sizə yataqda edəcəyiniz gimnastikaları göstərir , bəzən manual bəzən CPM(continuous passive motion) cihazıyla diz bükülməyə çalışılır. Xəstəxanada qaldığınız müddətdə daima hər saat başı dizə buz qoyulacaqdır. İlk 2 gündə 38-in üstündə temperaturunuz ola bilər. Bu infeksiya sayılmır. 3 gündən sonra olan temperaturlarda infeksiyadan şübhələnmək olar.

əməliayyt sonrasi

Evə qayıtdıqdan sonra da ev içində istədiyiniz qədər oturub yeriyə  bilərsiniz. Buz qoymağa evdə də davam edin. Diz ətrafındakı bandaj və corabı qətiyyən çıxarmayın. Bu bandaj diz içində qan yığılmasının və şişmənin qabağını alır. Diz üçün olan hərəkətləri kəsməyərək göstərilən şəkildə davam etdirin. Bu müddətdə ağrınız olarsa ağrıkəsici istifadə edəbilərsiniz.Xəstələr dizdəki şişkinlik və protezin varlığını 3-6 ay hiss edə bilərlər. Buna baxmayaraq ilk həftədən etibarən dizdə ağrı qalmır. Qan sulandırıcı dərmanları 6 həftə davam etməlisiniz.

3 gündə bir yara sarğısı edilir və 15-ci gündə  tikişlər alınır. Tikiş alındıqdan sonra fizioterapiya başlanır. Fizioterapiya həftədə 3 gün olmaqla 3 aya qədər davam edə bilər. 3-cü həftənin sonunda yerimə cihazını buraxıb bir dəyənəyə keçə bilərsiniz. Dəyənəyi sağlam tərəfdə istifadə edin. İki tərəfli əməliyyat edilmişsəniz isə yerimə cihazını 6 həftəyə qədər istifadə edin. 8 həftədən sonra daha aktiv ola bilərsninz, maşın sürüb işə çıxa bilərsiniz. 4 ay sonra idmana başlayıb,6 ay sonunda tam  dönə bilərsiniz.

Rəy bildir