QONARTROZ (Diz artrozu, dizdə duzlaşma, qığırdağın yeyilməsi)

Qonartroz və ya diz oynağı duzlaşması qığırdağın parlaq və hamar səthinin pozulması və buna bağlı oynaq funksiyasının tədricən itirilməsidir. Duzlaşmada qığırdaq yeyilməsi ilə bərabər menisklərdə  yırtıqlar, oynaq ətrafında sümük çıxıntılar əmələ gəlir. Duzlaşan dizdə ağrı başlayır.Zaman keçdikcə oynaq hərəkəti məhdudlaşır və aşağı ətraflar əyilməyə başlayır.

QONARTROZ-Diz-artrozu-dizde-duzlasma-qigirdagin-yeyilmesi

Duzlaşma zamanı ağrılar əvvəlcə uzun müddət ayaq üstündə durduqda , yerimə sonrası  yaranır. İstirahət etdikdən və ya bəsit ağrıkəsici qəbulu sonrası keçir.Zamanla ağrı daha qısa hərəkətlərdə yaranır və daha uzun çəkir.Bəsit ağrıkəsicilər təsir etməməyə başlayır.Xəstəlik ağırlaşdıqca ağrı davamlı olur və heç bir dərmanla keçmir.Ağrıyla birlikdə xəstələrin həyat standartları düşməyə başlayır.Öncə xəstələr uzun yürüyüşləri azaldırlar. Daha sonra alışverişə çıxmaq vəya dost ziyarəti çətinləşir. Ən ağır vəziyyətdə xəstə öz günlük ehtiyaclarını belə etməkdə çətinlik çəkir.

normal-diz-artrozlu-dizDiz oynağında duzlaşma diz qapağı altında , əsas oynaqda (bud və qamış sümüyü arasındakı oynaq) və ya hər ikisində ola bilər. Diz qapağı altındakı duzlaşmalarda xəstə düz yol yeriyərkən çox çətinlik çəkmədiyi halda, pilləkənləri çıxıb-düşərkən, oturub-çöməlib qalxarkən ciddi ağrılar yaranır.Əsas oynaqda duzlaşma zamanı ağrı daha çox ayaqda durduqda və ya yeriyərkən olur.

Duzlaşma proqressiv bir xəstəlikdir. Şikayətlər ara bir azalsa da illər içində xəstəlik  getdikcə ağırlaşır.

Duzlaşma diaqnozu şikayətləriniz, fiziki müayinə və  ayaq üstündə çəkilən rentgenlər yardımıyla həkiminiz tərəfindən qoyulur. Başlanğıc  dönəmlərdə MRT də kömək edə bilər.Xəstələrin şikayətləri ilə rentgen görüntüləri hər zaman üst-üstə düşməyə bilər. Bəzən rentgen görüntüləri pis olan xəstənin ağrıları az ikən, çox şiddətli ağrıları olanların rentgenləri yaxşı görünə bilər.

Duzlaşmada Müalicə

Duzlaşmada müalicə xəstənin radioloji  görüntülərinə görə deyil, şikayətlərinə görə aparılmalıdır. Xəstənin ağrısını keçirən və həyat standartını yüksəldən ən bəsit müalicə doğru müalicədir.

Başlıca tətbiq edilən müalicələr:

1.  Arıqlamaq

Xəstənin arıqlaması dizə düşən yükləri azaltdığı üçün həm xəstəliyin irəliləməsini azaldır, həm də tətbiq edilən müalicə metodlarının effektini artırır.Arıqlamağın bir diyetiloq kontrolunda həyata keçirilməsi məsləhət görülür.Tətbiq edilən diyetlərdə uzun zaman içində yavaş-yavaş arıqlamaq uyğun görülür.Yaddan çıxarmayın, ayda 1 kilo arıqlamaqla 2 ildə20 kilo verə bilərsiniz.Duzlaşma kimi uzun dönəmli bir xəstəlikdə buna yetərli qədər zamanınız vardır.65 yaş üstündə teorik olaraq diyet məsləhət görülmür.Ancaq ciddi tibbi kontrol altında yavaş arıqlama diyetləri istifadə edilə bilər.

kok-anoreksiya

2. Müalicəvi ginastika və yerimə

Dizdə duzlaşma olan xəstələr yürüyüşə çıxa bilər.Bu mövzuda bəzi həkimlər yürüyüşü qadağan etdiyi halda, bəziləri də məsləhət görür və xəstələr çaşbaş qalır.Burada ən önəmli xüsusiyyət ağrıdır.Yerimə əsnasında və sonrasında ağrı əmələ gətirməyən məsafələr qədər hər gün yeriyə bilərsiniz.Ağrınız olursa əsla inad etməyin.

Ağrı kriterayaları idman məşğuliyyəti üçün də keçərlidir. Məsələn, dizində duzlaşması olan xəstələr ağrı vermədiyi müddətcə tenis və qolf kimi idmanlarla məşğul olabilər.Ağrı olduqda isə hərəkət müddətini və intensivliyi azaldaraq idmana davam edə bilərsiniz.

Əgər idmanla məşğul olmaq istəyirsinizsə və yürüyüş zamanı ağrılar buna əngəl törədirsə salon velosipedləri çox effektiv gimnastika alətidir. Salon velosipedini seçərkən klassik velosipeddən  fərqli olaraq pedalı öndə olanını seçin. Bu velosiped daha yaşlı xəstələr üçün əlverişlidir və eyni zamanda bel problemləri  əmələ gəlmə ehtimalını azaldır.

Mualicevi-ginastika-ve-yerime

3. Ağrıkəsici dərman müalicəsi

Ağrıkəsicilər dərman olaraq ilk tərcihdir.Parasetamol , aspirin kimi ağrıkəsicilər başlanğıcda çox effektiv olur. İƏQS  dərmanlar düzgün tərcihdir və çox vaxtı xəstənin ağrısını kontrol altına alır. Ancaq bu dərmanların mədə üzərindəki yan təsirləri uzun müddətli istifadəsini əngəlləyir.

4. Kurort və isti tətbiqi

Dizdə şişmə yoxdursa duzlaşma olan xəstələr istisu, naftalan və isti tətbiqi kimi müalicələrdən fayda görə bilərlər. Dizdə ödem-şişkinlik varsa, və ya xəstə yanaşı ürək-damar , təzyiq xəstəliyindən əziyyət çəkirsə istisu, naftalan və isti tətbiqi kimi müalicələr tövsiyyə edilmir. Bunu əvvəlcə həkiminizlə məsləhətləşin.

5. Qlükozamin və Xondroitin preparatları

Qlukozamin-Xondroitin

Son vaxtlarda qığırdaq yeyilməsinə bağlı oynaq problemlərində, yeni cərrahi texnikalarla birlikdə diyet  populyar hala gəlmişdir. Qlukozamin təbii olaraq orqanizmdə var və oynaq qığırdağının xarakterini müəyyən edir və sağalmasını tənzimləyir.Xondroitin sulfat da orqanizmdə var olan və qığırdan əmələ gəlməsini blokada edən fermentləri azaldan bir maddədir.Bu maddələrin heyvanlardan əldə edilən preparatları geniş olaraq istifadə edilməyə başlanmışdır.

İnsanlar bunları duzlaşmaya bağlı şikayətləri azaltmaq üçün illərdir istifadə edir. Ağrını azaltmaqda və qığırdaq sağalması üzərində yararlı effekti müşahidə edildiyinə baxmayaraq, bu mövzuda kifayət qədər  elmi araşdırma yoxdur. Ayrıca satılan preparatların çoxunun içində kifayət qədər maddə olmadığı da bir həqiqətdir.

6. Oynaq içi sürüşkənliyi artıran maddə inyeksiyası

Bu metod diz oynağı boşluğuna  hialuron turşusu preparatlarının yeridilməsindən ibarətdir. Hialuron turşusu təbii olaraq oynaq mayesinin komponentlərindən biridir.Bu maddə oynaq səthini əmələ gətirən qığırdaqların bir-biri üzərində sürüşməsi və oynağa yük düşməsi əsnasında şok absorbsiyası funksiyasını yerinə yetirir.Hialuron turşusu preparatlarının oynaq içində qığırdaq əmələ gəlməsini artırdığı iddia edilir.Amma bu mövzudə ciddi sübutlar yoxdur.Duzlaşmada diz içində bu maddə normal sıxlığından aşağı səviyyələrə düşür.Bu mayenin oynağa inyeksiyası duzlaşmada bir müalicə seçənəyidir.

Oynaq içi sürüşkənliyi artıran maddə inyeksiyası

Müalicədə istifadəsi

Oynaq içi sürüşkənliyi artıran maye inyeksiyalarla bəzi xəstələrdə dərman və fizioterapiya ilə keçməyən ağrıları azaltmaq mümkündür.Xoruz pipiyi və sintetik üsulla alınan iki fərqli preparat vardır.Yumurta və hin quşlarına qarşı allergiyası olanlarda sintetik preparatlar tərcih edilməlidir.

Diz oynağı mayesində artış varsa hialuron turşusu inyeksiyası öncəsi maye aspirasiya edilməlidir. Tək səfərlik və ya 3-5 səfərdə(həftəlik aralıqlarla) veriləbilən inyeksiya növləri mövcuddur. Bu preparatdakı hialuron turşusu konsentrasiyasına bağlıdır.

Təsirləri

Qısa müddətdə təsirləri
  • Hialuron turşusu çox sürətli bir ağrıkəsici xüsusiyyətə malik deyildir.
  • İnyeksiya sonrası ağrı, istilik artışı, zəif şişkinlik kimi lokal reaksiya şikayətləri görülə bilər.Bu şikayətlər uzun çəkmir və lokal buz tətbiqi sonrası keçir.
  • İnyeksiya sonrası ilk 48 saatda dizə çox yüklənməmək məsləhət görülür.
Uzun müddətdə təsirləri
  • İnyeksiyadan bir müddət keçdikdən sonra ağrıda azalma qeyd edilir.
  • Hialuron turşusunun ağrıkəsici və ödemi azaldıcı xüsusiyyətindən başqa bu maddənin orqanizm tərəfindən sintezini də artırıcı özəlliyi mövcuddur.
  • Effekti  otalama 6 aya qədərdir.

Bu metod hər kəsdə effektiv olmaya bilər. Eyni zamanda bir az bahalıdır. Bu mövzuda həkiminizdən ətraflı məlaumat əldə edə bilərsiniz.

7. Oynaq içi Kortizon inyeksiyası

Oynaq içi Kortizon inyeksiyasıDizdə şişkinlik olduqda ən çox 2-3 dəfə olmaq şərtilə oynaq içi kortizon tətbiqi şişliyi və ağrınıkontrol altına ala bilər.Ağır qonartrozda ən çox 2-3 dəfə olmaqla oynaq içi kortizon inyeksiyası keçici olaraq ağrını azalda bilər.

Yüngül və orta dərəcəli duzlaşmalarda kortizon tətbiqi  qığırdaq yeyilməsini sürətləndirir. 3-dən çox kortizon inyeksiyası sümük əriməsinə(osteoporoz) səbəb olur. Bu səbəblə də nə olursa olsun 3-dən çox kortizon inyeksiyası tövsiyyə edilmir.

8. Fizioterapiya və rehabilitasiya

Fizioterapiya-ve-rehabilitasiya

Fizioterapiya və rehabilitasiya duzlaşmanın erkən mərhələlərində və xüsusilə də diz qapağı altındakı duzlaşmalarda çox effektiv ola bilər. Daha ağır dərəcələrdə fizioterapiyanın təsiri azalır. Bəzən çox uzun müddətli  fizioterapiyalar məsləhət görülür. Adətən 10 seansda heç bir irəliləmə yoxdursa və ya son 5 seansda ağrılarda azalma hissedilmirsə fizioterapiya sonlandırılır. Amma şikayətlərdə azalma  olduğu müddətcə fizioterapiya davam etdirilir.

9. Duzlaşmada artroskopik cərrahiyyə

Dizdə yüngül və orta dərəcə duzlaşmalarda uğurlu nəticə əldə edilə bilən metoddur.Xüsusilə də diz qapağı altındakı duzlaşmalarda artrsokopik cərrahiyyə ilə çox yaxşı nəticələr əldə edilməkdədir.

Artroskopik cərrahiyyədə oynaq içinə dəlikdən yerləşdirilən kamera vasitəsilə görüntü monitora göndərilir.Digər kiçik dəlikdən oynaq içinə alətlər yerləşdirilərək əməliyyat həyata keçirilir.Artroskopiyada istifadə edilən alətlər qələm incəliyində olur.

Duzlaşmada-artroskopik-cərrahiyyəÜstünlükləri

  • Oynaq içindəki menisk, qığırdaq, bağlar ağrı hissi olmayan toxumalardır.Artroskopik cərrahiyyə ətraf toxumalara zərər verməyərək birbaşa diz içinə girilməsinə və sadəcə xəstə olan toxumalara müdaxilə edilməsinə şərait yaradır.Bu səbəblə əməliyyat sonrası çox rahat keçir.
  • Artroskopik cərrahiyyə sırasında oynaq içi strukturlar çox yaxından və böyüdülmüş olaraq görülür. Bu sayədə problemli toxumalar daha yaxşı araşdırılıb müalicə edilə bilər.
  • Artroskopik cərrahiyyədə oynaq hərəkətlərini təmin edən sağalması çətin, ağrılı əzələ və kapsul kimi toxumalara toxunulmadığı üçün əməliyyat sonrası  diz hərəkətləri ağrısız və rahatdır. Ayrıca əməliyyat yarası kiçik və qanama olmadığına görə sarğı edilməsinə ehtiyac qalmır.İnfeksiya riski də açıq cərrahiyyəyə görə azdır.

Artrsokopik cərrahiyyə yarım santimetrlik 2 kiçik dəlik vasitəsilə həyata keçirilir.

Dizdə duzlaşması səbəbi ilə edilən artrsokopik cərrahiyyədən xəstənin nə qədər fayda görəcəyi  sualını əvvəlcədən cavablandırmaq çətindir.Burada ayaqda çəkilən diz rentgeni çox yararlıdır. Dizin iç yarısında rentgendə daralma az və yox isə xəstələr  artroskopik cərrahiyyədən daha çox yararlana bilər. Dizdə daralmanın az olmasına baxmayaraq qığırdağın irəli dərəcə xəsarət aldığı hallarda xəstənin ağrısı keçməyə bilər. Qığırdağın vəziyyəti haqqında MRT ipucu versə də daha dəqiq məlumat ancaq artroskopiya zamanı alına bilir.

Dizində duzlaşması olan xəstələr bu xəstəlik üçün tətbiq edilən artroskopik cərrahiyyənin effektinin müvəqqəti olduğunu bilməlidirlər. Artroskopik cərrahiyyə sonrası 10 ildən artıq ağrısız həyat sürən yaşlılar olduğu halda, bəzi cavan xəstələrin heç  yarar görmədiyi hallar rast gəlinmişdir. Artroskopik cərrahiyyə öncəsi  bu mövzuda diz sahəsində təcrübəli ortoped-travmatoloqla məsləhətləşmək düzgün olardı.

Duzlaşmada artroskopik cərrahiyyə ilə diz içindəki xəsarət almış qığırdaq və yırtıq menisklər traşlanaraq təmizlənir.Burada yeni qığırdaq əmələ gəlmir.Bu əməliyyat sadəcə qığırdaq səthini hamarlaşdırmaqla sürtünməni, aşınmanı və ağrını azaltma məqsədi güdür.Asan bir metoddur, amma çox incə işlənməlidir. Qığırdaq həddindən çox traşlandıqda problem tam tərsi arta bilər.

Xəstələr əməliyyat sonrası 4 saat xəstəxanada qaldıqdan sonra evə yollanır.Əməliyyat sonrası ağrı hardasa yox deyiləcək qədərdir.Əməliyyat sonrası xəstə qısa müddətdə dəyənək istifadə etmədən ayağına basaraq yeriyə bilər, pilləkən qalxıb, düşə bilər. 3 gün buz  tətbiqi və yataq  istirahəti sonrası xəstələr 10-20 gündə günlük işlərinə geri dönə bilərlər. Xəstələr 4-6 həftə sonra uzun yürüyüşə , 2-3 ay sonra isə idmana dönə bilərlər. Dizdəki şişkinlik bəzən 3 ay çəkir, amma günlük həyata təsir etmir.Bu əməliyyatlardan sonra ümumiyyətlə fizioterapiya məsləhət görülür.

10.Sümük yönləndirmə əməliyyatları

Gənclərdə və dizin iç yarısının daraldığı, bayır yarısının sağlam olduğu hallarda edilə bilən bir əməliyyatdır. Qamış sümüyünə edilən dərəcə dəyişdirmə əməliyyatı aşağı ətrafın yönünü bayır tərəfə yönləndirir. Belə olduqda xəstə yeriyərkən ağırlıq içdən bayır tərəfə yerdəyişdirdiyi üçün dizin sağlam bayır hissəsinə yük düşür. Bu əməliyyat sonrası xəstələrin böyük bir qismində 5-10 il rahatlama olur.

Açıq edilən bir əməliyyatdır. Sümüyə edilən fiksasiyaya görə əməliyyat sonrası  müşahidə fərqlidir. Bu əməliyyatlarda daha çox lövhə və vint tətbiq edilir.  Bəzi implantlarla əməliyyat sonrası gips sarğısı qoymağa gərək qalmır. Xəstələr ertəsi gün dizlik yardımı ilə ayağına qismi yük verərək gəzə bilərlər.

Sümük yönləndirmə əməliyyatları

11.Diz protezi

Diz-protezi

Dərman, diz içi inyeksiya, fizioterapiyaya cavab verməyən, artsokopik və yönləndirmə əməliyyatlarından fayda görməyən xəstələrdə diz protezi  əməliyyatı uyğun seçənəkdir.Protez deyərkən, diz oynağını əmələ gətirən üç sümüyün qığırdaq səthlərinin kəsilərək  metal və plastik parçalarla örtülməsi başa düşülür. Müasir standartlara cavab verən yeni protezlər implantın ömrünü 20-25 ilə qədər uzatdığı üçün həyat standartları ciddi ölçüdə yüksəlmişdir. Buna baxmayaraq yaşı 55-i keçməyən xəstələrdə protez əməliyyatı öncəsi digər müalicə metodları  tətbiq edilməyə çalışılmalıdır.55-65 yaş arası digər müalicələr faydalı ola bilər. 65 yaş üstündə xəstələrə protez rahatlıqla qoyula bilər.

Rəy bildir