ARTROSKOPİYA oynaqla əlaqəli xəstəliklərin diaqnoz və müalicəsində istifadə edilən kiçik kəsiklərlə aparılan cərrahiyyə metodudur. “ARTROS” oynaq, “SKOPİYA” isə göstərmək mənasını daşıyır. Artroskopiya metodu, həkiminizin artroskop adı verilən qələm incəliyində bir alətə yerləşdirilmiş kiçik bir linza və görüntüləmə sistemi sayəsində açılan dəliklərdən bazu, dirsək, əl bilək, diz, bud-çanaq və ayaq biləyi kimi oynaqların ətraflı şəkildə görülməsinə şərait yaradır. Oynağın içini görməyimizə kömək edən alətə ARTROSKOP deyilir. Artroskopiya əslində bir optik sistemdir. Skopiya deyilən optik sistemin ucuna taxılan bir kamera ilə monitordan bütün oynaq içini görmək olur. Oynaq içərisindəki görüntülər 8-10 dəfə böyüdüldüyü üçün oynağın içindəki bütün strukturların çox əhatəli müayinəsi mümkün olur. Artroskopiya digər cərrahi metodlara görə daha qısa bir zaman içərisində tətbiq edilə bilir, alınan görüntülər kopyalana və ya fotosu çəkilə bilir. Artroskopiya ilə açıq cərrahiyyə vaxtı girilməsi çətin olan sahələr rahat görülə bilir. Hal hazırda Artroskopiya ən çox tətbiq edilən ortopedik cərrahi prosedura halına gəlmişdir.
Artroskopiya metodu ilə açılan kiçik dəliklərdən girilərək oynaq qığırdağı, menisklər, bağlar, oynağı əhatə edən zar xəstəlikləri, oynaqdaxili sınıq və çıxıqlar müalicə edilə bilər. Günümüzdə artroskopiya həm diaqnoz qoymaq , həm də müalicə məqsədi ilə istifadə edilir. Artroskopiya sırasında qoyulan diaqnoza görə eyni seansda artroskopik cərrahiyyəyə keçilə bilər.
Bu metodla oynaq açılmadığı üçün fizioterapiya və rehabilitasiyaya daha erkən başlana bilər. Artroskopik cərrahiyyədə kiçik kəsiklər aparıldığı üçün sağlam toxumalara ən az zərər verən metod sayılır. Xəstələrin əməliyyat sonrası açıq cərrahiyyəyə görə ağrıları daha az olur. Beləliklə xəstə daha tez sağalır və aktiv həyatına daha erkən dönə bilir. Xüsusilə idmançılar bu əməliyyat sayəsində qısa bir zamanda idmana dönə bilirlər.
Artroskopiya sonrası oynaqda əmələ gələ biləcək hərəkət məhdudiyyəti açıq cərrahiyyə ilə müqayisədə yox deyiləcək səviyyədədir. Çünki artroskopik cərrahiyyə sonra qısa müddətdə müalicəvi gimnastikalara başlamaq olur. Bütün bu səbəblərə görə artrsokopiya sonrası sağalma müddəti daha qısa və rahatdır.
Rəy bildir
salam hekim.Menim 25 yawim var,minsklerde cixiq olur sag ayagimda 10 gun ewel tekrarlandi cixiq ve heleki agri kecmir.Bu ayagimda tez tez sudurqa kimi tutmalar olurdu.Dizimi uzi muayinesi etdim minsklerde deyiwiklik cixdi hekim ortoped mene emeliyyat meslehet gordu.Men emeliyyatin sonraki fesadlarindan cekinerek mualice yazmasini istedim.Bilmek isteyirem mualice ile qigirdaq berpa oluna biler normal veziyyetine? evvelceden tewekkur
ReplyQardaw menim dizimde minskde problem var idi Resad Zeynalov emeliyyat etdi indi her wey superdi hec bir problem yoxdur burdan Rewad Zeynalovada oz tewekkurumu bildirirem bele deyerli savadli hekimlere qiymet vermek lazimdir
ReplySalam hekim menisklerimde yirtiq var ne meslehet gorursunuz?
ReplyDr,Salam dizə qoyulan implanlardan keyfiyyətcə hansı daha çox məsləhət görülür?Kitay istehsalı impmant qarantilidirmi?
ReplySalam. İmplant deyəndə nəyi nəzərdə tutursunuz? Ortopediyada minlərlə implant istifadə olunur. Çin malı istifadə etməməyə çalışırıq.
ReplyDr Zeynalov salam
ReplyAnamın dizi artroz ,bir dizine implant qoyublar , bir dizine de lazım ,onu bu yolla mümkün , vaxtında size qulaq assaydi bu hedde çatmazdı
Salam. Keçmiş olsun.
Reply