Tibbi dildə stenozlaşan tenosinovit olaraq bilinən tətik barmaq(trigger finger, trigger thumb) əldə barmaqların bükülmə hərəkətini təmin edən vətərlərin və bu vətərlərin müəyyən bölgələrdə altından keçdikləri körpünün(pulley-blok) xəstəliyidir. Bükücü vətərlər said ön nahiyəsindən əzələ olaraq başlayıb barmaqlara qədər davam edən ip şəklindədir. Vətərlərin ətafında müəyyən bölgələrdə körpü şəklində(pulley-blok) qalınlaşmalar vətəri sümüyə yaxınlaşdırır və vətərin qaldırma gücünü artırır.Vətərlər əl içində və barmalqarda vətər yatağı(tenosinovium) adlanan zarlarla örtülmüşdür.Vətər yataqları vətərin hərəkəti zamanı rahat sürüşməsi üçün uyğun şərait yaradır.
Səbəblər və Klinikası
Barmağın ovucdan başlama səviyyəsində mövcud olan A1 pulley(blok)’in qalınlaşması və ya bu səviyyədə olan vətər yatağında meydana gələn şişkinliklər səbəbi ilə barmaq hərəkəti əsnasında yaranan taxılma və ağrı olmasına tətik barmaq deyilir. Bu problem yarandıqdan sonra barmağın istifadəsi buradakı anatomik strukturların daha çox şişməsinə yol açaraq vəziyyətin daha da ağırlaşmasına səbəb olur. Bəzən barmaqda tam kilitlənmə olur və bu zaman barmaq bükülüb açıla bilmir. Çox vaxt isə əsas səbəbi tapılmır. Revmatoid artrit, podaqra(sidik turşusu artropatiyası), şəkərli diabet kimi sistemik xəstəliklər zamanı daha sıx görülür. Nadir hallarda ovuc içi və barmaqda daha əvvəl olan travmalar xəstəliyə səbəb ola bilir. Xəstəlik barmaqların ovuc içində başlanma yerində narahatlıq hissi ilə başlayır. Bu bölgəyə toxunanda ağrı hissi olur. Ağrılı sahədə bəzən düyün-sərt şişkinlik hiss edilir. Sonrakı dövrlərdə barmaqda taxılma və kilitlənmə inkişaf edir.
Müalicə
Müalicənin məqsədi barmağın taxılmasının qabağını almaq , hərəkət əsnasında narahatlıq hissini ortadan qaldırmaqdır.Vətərin ətrafındakı şişkinliyin azaldılması vətərin vətər yatağındakı hərəkətini asanlaşdırır. Bu səbəblə barmaq aktivliyinin azaldılması, iltihab əleyhinə dərmanların istifadəsi və barmaq fiksasiyası erkən dövrdə tətbiq edilə bilər. İltihablı sahəyə-vətər yatağına steroid dərman inyeksiyası simptomların ortadan qalxmasına kömək edir. Steroid dərmanın vətər strukturlarına uzun dönəmdə verdiyi zərərlər göz önünə alındıqda bir dəfədən artıq inyeksiya uyğun görülmür.
Uzun müddət davam edən və yuxarıdakı konservativ müalicəyə cavab verməyən xəstələrdə sıxışmaya səbəb olan pulley(blok) cərrahi olaraq açılır. Əməliyyat ovuc içində yerli anesteziya altında aparılan kiçik kəsikdən edilir. Əməliyyat sonrası xəstəliyin əlaməti təmamilə keçir. Bəzi xəstələrdə yara yerində artıq çapıq toxuması yarana bilər. Bu çox vaxtı evdə edilən masajla tədricən ortadan qalxır.
Rəy bildir
Salam Doktor Menim butun barmaqlarim. Bu sekilde yigisib onu acmaq mumkundur?
ReplySalam. Müayinə etmək lazımdır. Az bir müddət əvvəl olubsa açılar. Üstündən bir neçə il keçibsə bir neçə etapda edilən əməliyyatdan fayda görə bilərsiniz.
ReplySalam hekim menim qardasim saq elinin bas barmaqdan sonraki barmaqinin orta hissesinden bicaqla sumuye kimi kesib.lakin barmaqin ic hissesinden yana doqru yarisi kesilmisdir. Artiq on gunden coxdur. Barmaqi sismis haldadir.barmaqin kesilmis hissesinden yuxari dirnaqa qeder olan hissesini az miqdarda hiss ede bilir ve hereket etdire bilmir.sizce barmaqi hereket etdirmek ucun ne etmek lazimdir.mueyyen vaxt kecdikden sonra duzelecekmi?
ReplySalam mənim illər öncə sağ əlim şüşə vasitəsi ilə gəzilib.Amma ilkdəfədən həkim müayinəsi olmayıb.Necə gündən sonra oldu onda həkim dedi verər zədələnib .İki barmaqim uyusub mənə ağrı verir onu nə etməliyəm ki mən həmin ağrıdan azad olum.
ReplySalam. Sinirin kəsildiyi üçün belədir. Bəzi əməliyyatlardan fayda görə bilərsiniz. Sadəcə ağrı üçün. Nevrolojo müalicə də görməlisiniz.
Replysalam.menim bacımın uşağı 17.10.2017 de doğulub,yeni bu günki tarix üçün 2ayı tamam olur.Her iki elinde orta ve adsız barmaqlarını tam açmaqda çetinlik çekirik.Her defesinde uşağın ağlaması ile neticelenir.Sahe hekimi bele bir problemle iş stajında rastlaşmadığını söyleyib.Ana betninde olanda,ana heç bir xestelik keçirtmeyib,mikrobu olmayıb.Bu elde tonus ola bilermi,yoxsa tetik barmaq sindromudu?ve ne derecede bu işin üstüne tez düşmeyimizde fayda var?evvelceden teşekkür edirem.
ReplySalam Doktor menim sag elimde balaca barmagim agridirdi rendgen eledim sümük sinigi yoxdur ama hekime gosderdik veter sinib dediler ola bilermi?
ReplySalam. 9 aylıq oğlan uşağının sağ əlinin baş barmağı bükülür və 15-20 san. sonra açılır. Bu muddətdə uşaq bərk ağlayır. Bu olay uşaqda 3 dəfə olub əsasən də axşamlar. Xəstəlik 2 həftə olar ki, başlayıb. Xahiş edirəm səbəbini yəni nədən olur? Və müalicəsi nədir? Bildirin. Öncədən Sizə sağ olun deyirəm.
Reply