Uşaq ayağına basarkən düz, oturarkən və ya barmaq ucunda ikən ayağın iç əyriliyi görülürsə buna yumşaq yastıpəncəlik deyilir. Bu vəziyyət çox ailələri gileyləndirir. Halbuki belə uşaqların əksəriyyəti normal və problemsiz böyüyürlər.
Yumşaq yastıpəncəlikdə ayaq ağrısızdır, ara verməyərək rahat yeriyir və idmanla məşğul ola bilirlər, müəyyən vaxt sonra cərrahiyyə və ya digər müalicə tələb etmədən düzəlirlər. Yumşaq yastıpəncəlikdə əzələ funksiyaları və oynaq hərəkətləri normal olur.
Sümük və bağların xüsusiyyət və gərginlikləri ayağın uzunluğu boyunca iç qismində topuq və barmaqlar arasında qövs əmələ gətirir. Bu qövs körpələrdə yoxdur və uşaq böyüdükcə formalaşır. Normal körpə ayaqlarında 3 yaşa qədər iç qövs altında olan artıq yağ toxuması ayaqlara yastıpəncə görüntüsü verir və bu hal valideynləri həddindən artıq narahat edir. Yumşaq yastıpəncəli uşaqlarda daban qövsü inkişafı 5-7yaşına qədər davam edir. Yastıpəncəlik büluğ yaşına qədər davam etdikdə ayaqda ağrılar ola bilər. Bu vəziyyətdə həkimə müraciət etmək lazımdır.
Yuxarıda qeyd edildiyi kimi bu tip yastıpəncəliyin müalicəsi büluğ çağına qədər yoxdur. Bu vəziyyətdə olan ailələr lazımsız yerə çoxlu həkimə müraciət edirlər, ortopedik ayaqqabılar və dabanlıqlar alaraq pul və vaxt itirirlər.
Yeniyetmə çağında ağrılı ayaqlarda həkim ağrının səbəbini araşdırır. Bu əksər hallarda gərgin axil vətərinə və ya sərt yastıpəncəliyə bağlı olur. Eyni zamanda uşaq həkimə götürülərkən geydiyi ayaqqabılar da aparılmalıdır. Çünki həkim ayaqqabının uyğun olub olmadığını və addım atarkən əmələ gələn aşınmanın ayaqqabının hansı hissəsində yerləşməsini görmək istəyəcək. Həkim eyni zamanda ailə üzvlərinin digərlərində yastıpəncəlik olub olmadığını soruşacaq. Çünki ayaqlardakı sümük yerləşmə xüsusiyyətinə təsir göstərən əsas amil genetik faktorlardır. Eyni vaxtı uşaqda nevroloji problem olub olmadığı da araşdırılmalıdır.
Müalicə
Əgər uşaqda hərəkətlərə bağlı ağrı və ya yorğunluq olursa öncəliklə axil vətəri gərmə gimnastikaları verilir. Bu gimnastikalardan sonra da şikayətlər davam edirsə supinator dabanlıq məsləhət görülür. Dabanlıq ağrı və yorğunluğu azaltmaqla yanaşı ayaqqabının aşınmasının da qabağını alır. Bəzən axil vətərinin gərginliyini azaltmaq üçün fizioterapiya və gips tətbiqi lazım gəlir. Bu müalicələrə baxmayaraq ağrı davam edirsə cərrahi müalicə məsləhət görülür. Ancaq bunu da yaddan çıxarmamaq lazımdır ki, yumşaq yastıpəncəlikdə cərrahi müalicə çox nadir hallarda aparılır.
Salam hekim menim oqlumda 1yasinan yumsaq yasti pencelik var indi oqlumun 3yasi var hekime apardiq artibidik ayaqqabi yazdilar birde masaj indi siz bu usaqa ne meslehet gorursuz men indi neyniyim hekim xais edirem mesajima cavab vererdiz
ReplySalam hekim qizim 7 ayligdi sag ayagin topuq hisesni yaxwi yere qoymir iceri qoyur ayagni bowlug var masaj bir kursunu eletdirmiwem ustunden 1ay kecib yene 10gunluk kurs ele dediler siz ne meslet gorursuz duzelermi masaj kurslari ile
ReplySalam. 7 aylıq uşaq üçün istədiyiniz şeylər hələ tezdir.
ReplySalam hekim oglumun 3yawi var hekim ortopedik ayaqqabi masaj yazib 2dereceli yastipencelik var ve topugunda iceri eyilme lakin agri falan vermir bu kecermi bu yawda hekim bunlarla?
ReplySalam, ayaq tağı 5 yaşında formalaşır. Ağrı yoxdursa, heç bir şey.
Replysalam oğlumun 10 yaşı var 3cu dərəcəli yastıpencelik diaqnozu qoyulub emeliyyat olmalıdı yoxsa mualıcə olunur xahiş edirəm cavablayın
ReplySalam, menim oglumun 9 yasi var, topuq hissesi orta sekildeki kimidi, adi ayaqqabi geyindirende ayaginin yorgunlugundan sikayetlendiyi ucun ortapedik ayaqqabi geyindiririk, ortapedik ayaqqabi geyinenden ayaginfan sikayet etmir, amma ayaq firmasida deyisirilmeyib, ne etmeliyem, mumkunse cvb vererdiz
ReplySalam hekim.Menim qizimin 13 yawi var ayagi yastidabandi.Ayaqda baw barmaqlarda eyilme olub.Hekime aparmiwam emeliyyat deyib sizce emeliyyat etdirmesek bawqa fesad vere biler?Ne meslehet ederdiniz?
ReplySalam hekim.Menim qizimin 13 yawi var ayagi yastidabandi.Ayaqda baw barmaqlarda eyilme olub.Hekime aparmiwam emeliyyat deyib sizce emeliyyat etdirmesek bawqa fesad vere biler?Ne meslehet ederdiniz?
ReplySalam hekim.Menim qizimin 13 yawi var ayagi yastidabandi.Ayaqda baw barmaqlarda eyilme olub.Hekime aparmiwam emeliyyat deyib sizce emeliyyat etdirmesek bawqa fesad vere biler?Ne meslehet ederdiniz?
Reply