Bir anda əl biləyiniz üzərində şişkinlik əmələ gəlməsi sizin üçün sürpriz ola bilər. Amma narahat olmanğınıza dəyməz, çünki bunların böyük əksəriyyəti zərərsiz qanqlion kistləridir və müəyyən zaman içində yox ola bilirlər.
Qanqlion kistləri daha çox əl biləyi üst hissəsində əmələ gəlir(dorsal qanqlionlar). Ancaq bəzən əl biləyinin iç tərəfində nəbiz alınan bölgə ilə baş barmaq arasında da yarana bilər. Bəzən də barmaqların oynaq olan hissələrində görülürlər. Qanqlion balon şəklində içi jele özlüyündə, oynaq mayesi ilə oxşar özəlliyə sahib maye ilə dolu olur. Əksər hallarda əldə hərəkətin artması ilə bu kista böyüyür və tam tərsi hərəkət azaldıqda isə kiçilir.
Qanqlion kisti necə əmələ gəlir?
Qanqlionların əmələ gəlmə mexanizmasını başladan səbəblər hal hazırda tam bilinmir. Qadınlarda kişilərdən daha sıxlıqla rastanır və ən sıx olaraq əl biləyi üzərində davamlı yük tətbiqi məcburiyyətində qalan(məs: gimanstlar və s.) və təkrari xroniki travmalar alan insanlarda görülür. Qanqlion kisti oynaqdan keçən sinir toxumalarına təzyiq göstərəcək həcmdə böyüdükdə ağrı verə bilər. Çox böyük qanqlionlar ağrı verməsələr də, narahat edə bilərlər. Bunun tərsi olaraq da çox çətinliklə sezilən kiçik qanqlionlar ağrılı ola bilirlər.
Müayinə və Diaqnoz qoyulması
Həkim sizə bu kistin nə vaxt əmələ gəldiyini, həcmindəki dəyişikliyi və ağrılı olub olmadığını soruşacaqdır. Müayinə vaxtı kistin sərtliyini, hərəkətliliyini, ağrılı olmasını öyrənmək üçün əli ilə toxunacadır. Bəzən işıq qaynağı ilə işıq altındakı görüntüsünü incələyəcəkdir. Rentgenə ehtiyacı ola bilər. Bu rentgen kistin revmatizmal xəstəliyə bağlı oynaq patologiyasından və ya hər hansı sümük törəməsindən qaynaqlanıb qaynaqlanmadığını öyrənmək üçün vacibdir. Bəzən isə çox kiçik olan qanqlionlarda diaqnozu dəqiqləşdirmək üçün MRT çəkdirmək lazım gələ bilər.
Müalicə
Müalicənin birinci mərhələsi konservativ metodlardan ibarətdir.
Müşahidə: Qanqlion kisti şiş törəməsi deyil və müəyyən vaxt sonra müalicə tətbiq etmədən itə biləcəyi üçün həkim kontrolunda müəyyən müddət müşahidə altında gözlənə bilər.
Fiksasiya: Aktivlik ilə qanqlion böyüyə bilir. Böyüdükdə isə ətrafdakı sinir uclarına təzyiq göstərdikdə ağrılar başlayır. Bu səbəblə də həkiminiz müəyyən müddətə sizə əl biləklik taxmağı tövsiyyə edə bilər. Bu əsnada qanqlion kiçilə bilər və ya hətta itə bilər. Ağrı azaldıqda və qanqlion kiçildikdə əl biləklik çıxarılır və ehmalca kontrollu oynaq hərəkətləri başlanır.
Aspirasiya: Qanqlion ağrıya yol açarsa və ya hərəkət məhdudiyyəti yaradacaq qədər böyüyərsə, qanqlion içindəki maye aspirasiya adı verilən metodla iynə ilə boşaldıla bilər. Bəzən maye çox qatı olduğu üçün boşaldıla bilinmir. Maye boşaldıqdan sonra steroid dərman inyekisyası qanqlionun əmələ gəlmə sıxlığını azaldır.
Cərrahi metod: Digər konservariv müalicə üsulları kömək etmədikdə qanqlion kisti açıq və ya endoskopik yolla xarıc edilə bilər. Cərrahi əməliyyat sonrası əl biləkdə keçici olaraq şişkinlik və ağrı artması ola bilər. Bunlar müvəqqəti xarakter daşıdığı üçün qorxmamanız tövsiyyə olunur.
Bütün yuxarıda sadalanan müalicə üsullarından sonra qanqlionun təkrarlanma ehitmalı var. Aspirasiya sonrası 35%, lokal anesteziya altında əməliyyat sonrası 16%, regional anesteziya altnda əməliyyat sonrası 6% təkrarlanma ehtimalı vardır.
Rəy bildir
Qanqlion emelyatinin qiymeti nedir?
Replysalam doktor.menim elimde bas barmagin yanindaki 2ci barmaqda sis yaranib.3mm di.barmagn ele birlewdiyi yerde.herden agri olur yungul.sizce bu bedxasseli ola biler?
ReplySalam hekim ,1heftedirki sol elimin baş batmaqimin ust terefinde yumuru şariq kimi şişib elimi ustune vuranda az aqri var ama berkdi ici .ne ola biler .?sizle nece elaqe yarada bilerem ?
ReplySalam. Kista ola bilər. HB GÜVƏN klinikasında işləyirəm. Həftə içi saat 9:00-11:00 arası gələ bilərsiniz.
ReplySalam doktor.menim bileykmde aniden balaca shish emele gelib.bileyimi ashagi eyerken o shishi gormek olur.agri olur arada.ne ede bilerem.teshekkur edurem
ReplySalam. Qanqlion kisti ola bilər.
ReplySalam Hekim.Sag bileyimin ust terefinde tam bilekdeki oynaqin ustunde sis yaranib ve elimi asagi yuxari oynada bilmirem tam duz qalr .Hecbir hereket ede bilmirem gucu itirir.Adi qapini aca bilmirem.Herbiciyem isimle elaqedar hekime gede bilmirem.Ozum nece mualice ede bilerem?Evvelceden tesekkurler
ReplySalam. Elastik bandaj sarıb, istrahət etdirmək və ağrıkəsici ala bilərsiniz.
ReplyTesekkurler melumat ucun. Nece vaxt idi bleyimde yaranmishdim. Oxudum rahatladim))
Reply