Bu gün sizlərə, əsasən, yaşlılarda görülən bud-çanaq oynağı nahiyəsində yerləşən sınıqlar haqqında bəhs etmək istəyirəm.
Bildiyiniz kimi müəyyən yaşın üstündə olan xəstələrdə, xüsusilə, xanım xəstələrdə bud nahiyəsində və əsasən, bel nahiyəsində və ya bədənin müxtəlif bölgələrində olan sümüklər zamanla öz keyfiyyətini itirmiş olur və sümüyün sıxlığı azaldığı üçün sümüklər sınmağa daha yatqın olur.
Bu səbəblə, xüsusilə, yaşlı xəstələrdə sümüyün “osteoporoz” dediyimiz, elmi cəhətdən adlandırılan adı budur, “osteoporoz” dediyimiz xəstəlik çox yayqın olduğu üçün bu tip sınıqlar bəlli bir yaşın üstündə xanımlarda və ya bəzi kişilərdə daha sıx görülə bilər.
Xüsusilə, bud sümüyünün üst qismində olan sınıqlar, bud sümüyünün boynundan, bud sümüyünün burmasından və bud sümüyünün burma altından keçməklə, əsasən, 3 yerə bölünür. Bunların yerləşmə yerinə görə və eyni zamanda gələcəkdə əmələ gətirə biləcək problemlər yönündən fikirləşdiyimizdə müalicəsi də fərqli cür aparılır.
Onu qeyd etmək istəyirəm ki, hələ keçən əsrin, 1950-ci illərdən bəri, xüsusilə, bu tip sınıqların müalicəsi cərrahi yolla aparılır. Xəstələrin əksəriyyəti yaşlı olduğu üçün bu xəstələrdə ən ciddi problem yarada biləcək daxili xəstəliklər, narkozun və ya anesteziyanın verilməsinə ciddi əngəllər törətdiyi üçün bu müəyyən yaşın üstündə olan xəstələr əksər hallarda narkoz riskini nəzərə alaraq əməliyyatdan imtina edirlər, həm özləri olsun və ya yaxınları olsun…
O yöndən nəzərə aldıqda bildirmək istəyirəm ki, bu tip xəstəliklərdə və ya sınıqlarda əməliyyat olan xəstələrin ölüm riski və ya gələcəkdə ola biləcək problem riski əməliyyat olmayanlara görə ən az 5 dəfə azalmış olur. Onu nəzərə alaraq elmi məqalələrin nəticəsinə əsasən xüsusilə bu tip sınıqlarda xəstələrə hətta 1950-ci illərdən bəri narkozun riskini nəzərə alaraq ölüm riski azaltdığı üçün bütün demək olar ki, xəstələrə əməliyyat tövsiyyə edilir.
Bud sümüyü boynunun sınıqları
Xüsusilə, bu xəstələrdə sümük zəifliyi olduğu üçün implant seçimi çox önəmlidir. Bud sümüyü boyun sınıqlarında, xüsusilə, yerdəyişmiş sınıqlarda əksər xəstələrə, təqribən 65-70 yaşlı xəstələrdə bud sümüyünün boynunun fiksasiyası və ya onun yenidən əməliyyatla yerinə qoyulub müəyyən metallarla fiksasiya edilməsindən ziyadə daha çox xəstələrə “endoprotez” dediyimiz süni oynaqla əvəz olunması tövsiyə olunur.
Nəyə görə? Çünki bud sümüyünün boynu və ya baş nahiyəsində olan sümüyün keyfiyyəti çox zəif olduğu üçün, osteoporoz olduğu üçün qoyulan vintlər sümüyü yetəri qədər fiksasiya etmədiyi üçün zamanla yerdəyişmə baş verir və ya sümüyün o bölgəsinin qanlanması pozulduğu üçün gələcəkdə bitişmə problemi və ya bud başının qanlanmasının pozulmasına bağlı “avaskulyar nekroz” dediyimiz problem yarandığı üçün 65 yaşın üstündə olan xəstələrdə əksər hallarda endoprotez əməliyyatı tövsiyə olunur.
Endoprotez əməliyyatının üstünlükləri nələrdir?
Xüsusilə, bu yaş xəstələrdə hətta əməliyyatın ertəsi günü xəstə ən azından oturdulur və ya aktiv xəstə idisə, ayağa qaldırıb mobilizasiya edilə bilir və təqribən 2 ay sonra əməliyyat öncəsi və ya sınaq öncəsi halına xəstə dönə bilir.
Burmalardan keçən sınıqlar
Digər bir sınıq növü, xüsusilə, burmalardan keçən sınıq növüdür. Burmalardan keçən sınıq növü bud sümüyü boyun sınıqlarından fərqli olaraq bitişmə ehtimalı daha yüksək olan sınıqlardır. Bu tip xəstələrdə xəstənin yaşı daha azdırsa və ya sümüyün keyfiyyəti normaldırsa, əksər hallarda bud sümüyünün başı saxlanmaqla fiksasiya və ya “osteosintez” dediyimiz əməliyyat tövsiyə olunur. Bu zaman xəstəyə çox kiçik kəsiklər aparılaraq müəyyən müasir təbabətdə özünə yer tapmış “minimal invaziv” dediyimiz cərrahiyyədən istifadə olunur.
Bu cərrahiyyə zamanı əksər hallarda sınıq bölgəsi açılmadan əməliyyatxanada, narkoz altında sümük qapalı şəkildə yerinə oturduqdan sonra müəyyən dəliklərdən o bölgəyə, sınıq bölgəsinə “intramedulyar” dediyimiz, yəni sümük kanalından keçməklə müəyyən fiksasiyaedici cihazların yerləşdirilməsi şəklində əməliyyat icra oluna bilər. Xüsusilə, buna “intramedullary nail” dediyimiz, ingiliscə adı belədir və ya borunun içindən keçməklə mil aparatının yerləşdirilməsi əməliyyatı edilə bilər.
Digər bir əməliyyat növlərindən, xüsusilə, o bölgənin çox az açılaraq başında vint olan və ya o vintin, xüsusilə, lövhəyə birləşdirilməsi nəticəsində “DHS” (Dynamic Hip Screw) dediyimiz bir cihazdan istifadə oluna bilər.
Daha yaşlı xəstələrdə əgər qoyacağımız vint və ya qoyacağımız o implantın əməliyyatdan sonra sıyırma ehtimalı sümük keyfiyyətinə bağlı çox yüksəkdirsə, o zaman o xəstələrə də, xüsusilə, 75-80 yaş üstü xəstələrə bir an öncə ayağa qaldırılıb hərəkət etməsi üçün xüsusi endoprotezlərdən istifadə oluna bilər.
Burma altı sınıqlar
Burma altı sınıqlarda isə əksər hallarda bir az öncə qeyd elədiyim “osteosintez” dediyimiz endoprotez xaricində olan fiksasiya edici implantlardan istifadə edirik.
Onu da qeyd etmək istəyirəm ki, bu xəstələrdə, əgər əməliyyat olunmazlarsa, sınıqdan sonra xəstə ciddi ağrı səbəbiylə hərəkət edə bilmədiyi üçün yatalaq olurlar, həm xəstənin baxımı etibarilə, eyni zamanda uzun müddət yatalaq qaldığı üçün, xüsusilə, qalça bölgəsində “yataq yarası” dediyimiz yaraların əmələ gəlməsi cəhətdən, eyni zamanda xəstə yatalaq olduğu üçün aşağı ətraflarda, xüsusilə, venalarda trombların əmələ gəlməsi və tromblardan “emboliya” dediyimiz tromb atma probleminin yüksək olduğu nəzərə alınaraq və eyni zamanda xəstə yatalaq olduğu üçün eyni şəkildə “ağciyərlərdə durğunluğa bağlı sətəlcəm” və ya “pnevmoniya” dediyimiz xəstəliyin olma riski yüksək olduğu üçün bir daha qeyd etmək istəyirəm ki, 50 ildən çoxdur ki, bu xəstələrin hamısının müalicəsində, xüsusilə, cərrahiyyə ön plana çıxır.
Rəy bildir
Salam. Hər vaxtınız xeyrli olsun. Məqalənizi oxuduyub, bəyəndim. Anam 1954-cü il təvəllüdlüdür. Onkoloji xəstəliyi olması səbəbindən sağ-bud çanağına metostaz vermiş, bunun nəticəsində sağ – bud çanağının 1/3 hissəsi sınmışdır. Yəni bud sümüyünün baş, çanağdan gələn kiçik sümümüyə birləşən hissəsindən. Bu növ xəstələr üçün yalnız endoprotez əməliyyatı olmalıdır. Bu əməliyyatın qiymətini, endoprotezin (artroplastikanın), eyni zamanda Tibbi Sığorta ilə həyata keçirilməsi mümkündürsə bizə bildirməyinizi xahiş edirəm. Əvvəlcədən öz dərin təşəkkür və minnətdarlığımı bildirirəm.
ReplySalam. Bu işlə Onkologiya institutunda Əlövsət doktor məşğul olur.
ReplySalam hekim menim 30yaşım var.Hekim menim sag terefde xayaya yaxın bosdug yerde agrı var agrı sag terefde umayada agrı verir ayağım yere basa bilmirəm pence goyde qalır sag ayağım balacalasıb sag dızımın ustunde sumuy erımesı kımı var.Hekim mende deri xestelıyı olub 4 aydı kortizon ıyneler dermanlar icmisem ondan olar.yerıye bilmirəm addım atmag ıstıyırem sağda boslugdan agrı verir.onceden tesekkurler cavablandırsanız minnətdar olaram.
ReplySalam. Kortizon dərmanı içənlərdə bəzən bud başında qanlanma pozula bilir. Araşdırmaq lazımdır.
Reply