Bud-çanaq oynağı protezləri nə zaman gərəklidir? Hansı xəstə qruplarına tövsiyə olunur? Hansı xəstə qrupuna bu əməliyyat icra edilə bilər?
Ümumiyətlə, göstərişlərin başında heç bir konservativ müalicə fayda verməyən, bud-çanaq oynağının qığırdağının yeyilməsi ilə müşahidə olunan, müşayiət edən xəstəlik qruplarında istifadə oluna bilər. Xüsusilə, bud-çanaq oynağın artrozları… Xalq dilində desək bud-çanaq oynağının duzlaşması xəstəliyindən sonra icra edilə biləcək bir əməliyyatdır.
Artrozların erkən dönəmində daha çox xəstəyə konservativ müalicə və ya əməliyyatsız müalicə tövsiyə edildiyi halda bəlli bir qığırdaq yeyilməsinin üzərində, artıq ağır formalarında isə verdiyimiz konservativ müalicələr, fizioterapiyalar və dərman müalicəli fayda vermədiyi üçün, əlbəttə ki, son seçənək olaraq endoprotez əməliyyatını icra etmiş oluruq.
Digər bir xəstəlik qrupuna daxil olaraq bud sümüyünün başının qidalanmasının pozulması və ya bud sümüyü başı “avaskulyar nekroz” dediyimiz xəstəlik… Bud başı avaskulyar nekroz xəstəliyi müxtəlif sistemi xəstəliklər səbəbi ilə, spirtli içkilərin istifadəsi, müəyyən qan xəstəlikləri sonrası, qan dövranında seyr edən lipidlərin və ya yağ dənəciklərinin həddindən çox olması, bud başına gedən qan dövranın pozulmasına səbəb olduğu üçün, bu zaman bud başına gedən qan dövranı pozulduğu üçün budun başında nekroz prosesi əmələ gəlir.
Bu nekroz prosesi bud başında olan sümüyün boşalmasına səbəb olduğu üçün müəyyən müddət sonra üzərinə basdıqda, yük daşıyan oynaq olduğu üçün də bud başının qığırdağının çökməsi baş verir. Bu çökmədən sonra isə qığırdaqda nahamarlıq yarandığı üçün zamanla duzlaşma və artroz prosesi və ya xəstəliyi getdikcə irəliləyir və xəstənin həm gecə, həm gündüz müşahidə edən ağrıları olur.
Bunun səbəbi ilə də edilən müxtəlif əməliyyat növləri var. Amma irəli dönəmlərdə qığırdağın çökmə durumundan sonra və ya artroz dönəmində, əlbəttə ki, bunun üçün də bud-çanaq oynağı endoprotezi əməliyyatları icra edilir.
Müəyyən revmatoloji xəstəliklər var ki, hansı ki bu revmotoloji xəstəliklərdən sonra müxtəlif oynaqlarda, qığırdaqlarda yeyilmələr ola bilər.
Bu, nə səbəblə olur?
Revmotoloji xəstələr, ümumiyyətlə, oynaq sahəsinin və ya oynaq ətrafında olan “sinovya” dediyimiz oynaq zarının iltihablanması ilə müşahidə olunur. Bu iltihablanma zamanı oynaq mayesini əmələ gətirən hüceyrələr, özlərindən çoxlu maye ifraz elədiyi üçün və sürətli ifraz olunan bu mayenin oynaq mayesinin içində xüsusi patoloji “ajanlar” olduğu üçün bu patoloji sitokin dediyimiz maddələr zamanla oynağın qığırdağının yeyilməsinə səbəb olur. Bu oynaq qığırdağı yeyilməsi müəyyən fazadan sonra artıq revmatoloji xəstəliklərin müalicəsində istifadə olunan dərman müalicəsinə cavab vermədikdə və ya daha ağır qığırdaq yeyilməsi və artrozlara səbəb olduqda bu zaman, əlbəttə ki, bud-çanaq oynağının endoprotezi əməliyyatını icra etmək məcburiyyətində qalırıq.
Digər bir bud-çanaq oynağı endoprotezi əməliyyatına göstərişlərdən biri də, xüsusilə, yaşlı xəstələrdə bud sümüyünün boynunun və ya proksimal dediyimiz üst qisminin parçalı sınıqlarında rast gəlinə bilər.
Bud sümüyünün başının qidalanmasından danışırdıq. Xüsusilə, o bölgənin qidalanması kritik olduğu üçün bud başının qidalanmasında olan, o bud başına gedən qan damarları, bud sümüyünün boynunun sınığı zamanı xəsarət gördüyü üçün bud başının qanlanması pozulur və bu zaman bud sümüyünün başının metal fiksasiya əməliyyatlarından sonra bitişmə ehtimalı minimuma enir.
Və ya çox yaşlı xəstələrdə sümüyün bitişməsi üçün edilən bir az öncə qeyd etdiyim metalosintez əməliyyatları… Bud sümüyünün başı çox osteoprotik və ya sümük əriməsi olduğu üçün metalların başı tutma ehtimalı çox az olduğu üçün və ya yerdəyişmə ehtimalı yüksək olduğu üçün, zamanla yer dəyişdirdiyi üçün endoprotez əməliyyatına üstünlük verilir.
Digər bir bud sümük boyun əməliyatlarında endoprotez əməliyyatı üstünlükləri, xüsusilə, əməliyyatdan həmən sonra xəstənin çox qısa bir zamanda mobilizə olmasıdır. Yəni yeriyib ayaq üstə durub gəzə bilməsidir, o üstünlükləri var. Onun üçün də daha yaşlı xəstələrdə bud sümük boyun sınıqlarında endoprotez əməliyyatları tövsiyə edilir və ya tərcih edilir.
Rəy bildir
Almaniya implantln qiymətini yazın zəhmətdir
ReplySalam. Protez növündən və istehsalat ölkəsindən asılı olaraq dəyişir. Bir də qiyməti firmadan soruşa bilərsiniz. Xəstəyə və implant növünə görə bud-çanaq protezi 8000-15000 manat arası dəyişir (implant daxil).
ReplySalam qizimin 17 yasi var anadan gelme bud canaq oynaginin cixigi olub 3 defe emeliyat olub amma duzelmiyib axsiyir sumuyun basi yeyilib protez qoyulmaldi siz ede bilersiniz bu yasda usagi?
ReplySalam. Gətirin baxım. Danışarıq. Yaşı azdır.
Reply