Çiyin ağrıları, xüsusilə, orta yaş və yüksək yaşlı insanlarda daha sıx görülür. Kiçik yaşlarda daha çox travmatik olur. Çox nadir hallarda kiçik uşaqlarda, xüsusilə, bazu sümüyünün çiyinə yaxın bölgəsində olan şişlər özünü göstərə bilər ki, onlar ağrı verə bilir. Amma daha çox bu şişlərin xüsusi xarakteri ondan ibarətdir ki, sakit halda və gecə halında belə ağrı verməsi onun ayırdedici özəlliyidir və o bölgədə şişkinlik olması bunu şübhələndirə bilər.

Orta yaşlı xəstələrdə daha çox travmatik problemlərdən sonra olur. Xüsusilə, baş üstü idman növlərindən sonra, basketboldur, voleyboldur və s., o tip idmanlardan sonra və ya müəyyən çiyin üzərinə düşmə sonrası, xüsusilə, çiyin nahiyəsində olan sınıq-çıxıqlar şəklində özünü biruzə verər.

Onu da bildirim ki, çiyin oynağı vücudun ən geniş hərəkət qabiliyyətinə malik olan oynağı olduğu üçün, çıxıq ehtimalı daha çox olan oynağıdır.

Xüsusilə, idman aktivliklərindən sonra xroniki çiyin nahiyəsində olan ağrıların səbəblərindən biri də təkrar-təkrar hərəkətlərə bağlı olaraq çiyin nahiyəsinə və çiyin hərəkətini tənzimləyən oynaq ətrafında olan əzələlərin “tendinit” dediyimiz iltihablanma xəstəlikləri şəklində özünü göstərə bilər. 

Xüsusilə, çiynimizi yuxarı qaldıran müəyyən əzələ qrupu var. Və ya müəyyən rotasiyasını hərəkət etdirən müəyyən əzələ qrupu var – “rotator cuff” dediyimiz əzələ qrupu. Bu “rotator cuff” dediyimiz əzələ qrupu ətrafında iltihablanmanın olması müəyyən sportiv hərəkətlərdən sonra və ya müəyyən travmatoloji səbəblərdən sonra iltihablanma şəklində özünü göstərə bilər. 

Oynağın ətrafında, xüsusilə, oynaq amortizasiyası rolu oynayan və yaxud da ki, yastıq rolunu oynayan kisəciklər var ki… Müəyyən ifrat yüklənməyə bağlı olaraq kisəciklərin iltihabına səbəb ola bilər. Bunlar da ağrı mənbəyi ola bilər. “Bursit” deyirik biz ona. Bu kisəciklərin iltihabı ciddi şəkildə həm sakit, həm hərəkət halında ağrılara səbəb ola bilər.

Digər bir səbəblərdən biri, xüsusilə, çiyin oynağının ağrısı… Əgər əvvəldən xəstənin bir neçə dəfə qolu çıxıbsa, o zaman oynağın, xüsusilə, ön tərəfində yerləşən qığırdaq nahiyəsinin cırılmasına bağlı olaraq bazu sümüyünün sanki çox rahat bir hərəkətlə çıxma ehtimalı – “təkrari çıxıqlar” deyirik buna. Bu təkrari çıxıqlar zamanı, xüsusilə, müəyyən müddətdən sonra üzüstü yatmalarda, baş üstü hərəkətlərdə, məsələn, “bayır rotasiya” dediyimiz bayıra çevirmə hərəkətlərində ağrılar özünü göstərə bilər, daha ciddi hərəkətlərdə isə təkrar-təkrar çiyin oynağını insan çıxarda bilər.

Digər ağrı verən problemlərdən biri, çiyin oynağının içərisinə gedən “biseps” dediyimiz əzələsinin oynağa yapışma yerində olan cırılması ilə əlaqədar ola bilər. Bu cırılmadan sonra müəyyən hərəkətlərdə və ya ani ağrı şəklində özünü göstərə bilər. Bunlar müəyyən idman aktivliklərinə və ya baş üstü hərəkətlərə məhdudiyyət gətirə bilər, bunu diqqətə almaq lazımdır.

Daha yaşlı xəstələrdə isə xüsusilə degenerativ xəstələr ön plana çıxır. Demək olar ki, 70 yaşın üstündə olan, bir az öncə qeyd elədiyim rotator əzələlərdə, 100 faiz xəstələrdə hər-hansı bir problem görülür. Bunların başında xüsusilə “rotator” dediyimiz, “supraspinatus” dediyimiz əzilənin degenerativ xəstəliyi və ya “tendinit” dediyimiz iltihabi xəstəliyi ön planda ola bilər. 

Xüsusilə, müəyyən hərəkətlərdə çiyin oynağı ətrafı əzələdə atrofik proseslər getdiyi üçün, bazu sümüyünün yuxarıya doğru miqrasiyası olduğu üçün bəlli bir aralıq var, “subakromial” dediyimiz aralığın daralması nəticəsində müəyyən hərəkətlərdə əzələnin o sümüyə sürtünərək “sıxışma sindromu” əmələ gətirməsi.

“Sıxışma sindromu” çox sıx görülən bir problemdir. Müəyyən hərəkətdən sonra və qaldırma hərəkətindən sonra xəstənin qolunda çıqqıltı səsi və ya da ki, ani bir ağrının səbəb olması xəstənin əlini qaldırmasını məhdudlaşdırır. Müəyyən müddətdən sonra isə, xəstə əgər uzun müddət qolunu hərəkət etdirmirsə, bu zaman oynaqda “kontraktura” şəklində məhdudiyyət yarana bilər. Buna “frozen shouder” və ya “donuq çiyin” deyirlər və ya “donmuş çiyin” deyirlər… Müxtəlif səbəblərdən ola bilər. Ən başında isə yaşlı xəstələrdə, xüsusilə, “rotator” dediyimiz əzələlərin “sıxışma sindromu”na bağlı əmələ gələ bilər.

Daha ciddi problemlərdən biri davamlı sıxışma sindromunda əzələnin sürtünməsi ilə bağlı olaraq əzələdə keyfiyyət dəyişikliyi olur və ani bir hərəkətdən sonra əzələ zamanla yırtılır. Çiyni qaldıran əzələnin yırtılmasından sonra oynaqda həm ağrı şəklində özünü biruzə verir, eyni zamanda oynaqda ciddi şəkildə məhdudiyyət yaranır. Yəni qolunu xəstə qaldıra bilmir.

Bunun üçün isə xəstələrə əgər qolunu qaldıra bilmirsə, hərəkətin məhdudiyyəti davam edirsə, o zaman daha yaşlı xəstələrdə fizioterapik prosedurlar, əgər onlara fayda vermirsə, daha gənc xəstələrdə və ya ağrının davam etdiyi hallarda əməliyyat tövsiyə edilir.

Əməliyyat nədən ibarətdir?

Xüsusilə, vətərin endoskopik və minimal və ya minimal invaziv kiçik açılaraq əzələnin qopmuş yerinə tikilməsi prosedurası icra edilə bilər.

Digər bir problemlərdən biri, xüsusilə, çiyin nahiyəsi olan ağların yaşlı xəstələrdə nə ilə fərqlənməsi lazımdır, xüsusilə, ürək problem olan insanlarda o bölgədə ağrı şəklində özünü biruzə verə bilər. Ürək şəklində olan ağrılar, əlbəttə ki, davamlı olmur, bunu nəzərə almaq lazımdır. Ani ağrı şəklində verir və müəyyən müddət göynəmə şəklində gəlib gedir. Amma çiyinə bağlı ağrılar davamlı ola bilər və müəyyən hərəkət sonrasında çiyin hərəkət sonrasında özünü birüzə verə bilir.

Xüsusilə, çiyinin sıxışma sendromu bütün gecə boyu ağrı verə bilər. Nəyə görə? Çünki insan üfüqi şəkildə uzandıqda bazu sümüyü yuxarıya doğru miqrasiya etdiyi üçün, yuxarıya doğru getdiyi üçün sıxışma daha da artır və bu zaman daha çox gecələr özünü biruzə verir.

Xüsusilə, boyun nahiyəsində olan problemlər, boynun disk yırtıqları və ya müəyyən sinirlərin orada sıxışması çiyinə yayılan ağrı şəklində özünü biruzə verə bilər. Bunu da çiyin problemlərindən ayırd eləmək lazımdır. Çünki çiyin problemləri daha çox hərəkət sonrası əmələ gəlir, amma sinir ağrıları daha çox dediyim kimi, sakit halda özünü biruzə verir, gecələr daha çox özünü büruzə verir. Və xüsusilə, çiyin problemi olan xəstələrdə ağrı sadəcə çiyin nahiyəsində olduğu halda, ən çoxu dirsəyə qədər yayıldığı halda, sinir problemlərində və ya boyun ilə əlaqədar sinir problemi olduğunda əlinin ucuna qədər ağrı şəklində və keyləşmə çəklində özünü göstərə bilər, bəzən də “motor” dediyimiz hərəki gücün itməsinə səbəb ola bilir.

Digər bir problemlərdən biri çiyin oynağının iltihabi xəstəlikləridir. Revmatoloji xəstəliklərdə, xüsusilə, çiyin oynağı tutumu da olur, amma diz və çanaq oynağına nəzərən daha az tutulma olur.

Daha yaşlı xəstələrdə bir az öncə qeyd elədim, oynaq ətrafında olan yumşaq toxumaların ya da ki, vətərlərin degenerativ xəstəlikləri olduğu halda, eyni zamanda da oynağı əmələ gətirən qığırdaqlarda da degenerativ proseslər ola bilər. “Artroz” problemi yarana bilər – qığırdağın yeyilməsi.

Qığırdağın yeyilməsinin müalicələrindən biri erkən mərhələlərdə çox ciddi ağrı vermirsə, konservativ müalicə şəkildə tövsiyə olunur. Daha irəli mərhələlərdə əgər ciddi şəkildə xəstənin hərəkətini məhdudlaşdırırsa, bu zaman xəstəyə “endoprotez” dediyimiz “çiyin oynağının endoprotez əməliyyatı” icra edilməsi tövsiyə edilə bilər.Əlbəttə ki, “çiyin oynağının endoprotezi” diz və çanaqda etdiyimiz əməliyyatların miqdarı qədər deyil, daha az görülür, amma yenə də müalicə taktikaları arasında yer alır.

Rəy bildir