Daban nahiyəsində yerləşən ağrılar haqqında bəhs etmək istəyirəm.
Daban nahiyəsində yerləşən ağrıların səbəbi daban nahiyəsində yerləşən bağın iltihabı səbəbi ilə olur.
Plantar fasiya yırtıqları
Ayağın tağını əmələ gətirən “plantar fasiya” dediyimiz bir bağ, ayağın ön tərəfindən başlayaraq daban sümüyünə bağlanır və bu daban sümüyünə bağlanan yerdə, xüsusilə, ayağa düşən yüklər anormaldırsa, anormal ayaqqabı geyildikdə və ayağın özünün anatomik quruluşu – genetik xüsusiyyətinə əsasən və ya heç görmədiyi işləri anidən ayaq üstündə işləri artırırsa, daban nahiyəsində yapışma yerinə düşən anormal yüklər daban nahiyəsinə yapışma yerindəki kiçik, mikro-yırtıqlara səbəb olur.
Plantar fasiya iltihabı və daban şporu
Və bu yırtıqlar sağalmadan xəstələr fiziki aktivliyinə davam edirsə, o bölgədə xroniki iltihablanma baş verə bilər. Və daban nahiyəsinin altında uzun müddət bu xəstəliyi davam etdikdə isə 4, 5, 6 aydan sonra orada kiçik kalsifikatlar yığışdığı üçün “Epin kalkanei” dediyimiz, xalq arasında “daban mahmızı” və ya “daban şporu” dediyimiz bir problem yaranır. Bu daban şporu, daban mahmızı çox sıx yayılmış bir problemdir.
Daban ağrısı şikayətləri
Xüsusilə, xəstələrin şikayətləri səhər yuxudan oyandıqda ilk addımını atdıqda ciddi şəkildə ağrılara səbəb ola bilər və xəstə yeridikdən sonra zamanla ağrıların azalmasına səbəb olur. Uzun müddət oturduğu yerdən ayağa qalxdıqda ilk hərəkətlərdə dabanını, ayağını yerə qoya bilməmək şikayəti və dediyim kimi zamanla ağrının azalması və heç azalmaması şikayəti ilə özünü büruzə verə bilər.
Bu xəstələr bu tip problemlər yaşadığı üçün gündəlik həyatında ciddi şəkildə məhdudiyyət yaranır və bu xəstələr bizə müraciət edir.
Daban ağrılarının konservativ müalicəsi
Bu xəstəliyin müalicəsində, xüsusi ilə, ilkin etapda o bölgədəki iltihabı azaltmaq üçün müəyyən dərman vasitələri istifadə olunur – lokal və ya sistemik olaraq.
İkinci növbədə, o bölgənin iltihablanması olduğu üçün xəstələrə, xüsusilə, o bölgəyə buz tətbiqi tövsiyə olunur.
Üçüncü növbədə, o bölgəyə bir nöqtəyə düşən yükü bərabər, bütün daban nahiyəsinə paylamaq üçün xüsusi silikon ayaqqabı içlikləri istifadəsi tövsiyə olunur. Bəzən də xəstənin ayağında quruluşunda anatomik dəyişiklik, xüsusilə, yastı pəncəsi olan xəstələrdə də bu problem ola bilər, sıx ola bilər. O xəstələrə silikon dabanlıqdan ziyadə daha çox ayaqqabı içinə qoyulacaq “sopinator” dediyimiz ayaqqabı içlikləri tövsiyə edilə bilər.
Daban ağrılarının digər müalicə üsulları
Bu tip problemlər əgər ilkin konservativ müalicə ilə, tövsiyə olunan müalicə ilə keçmirsə, ikinci etapda digər müalicə vasitələri istifadə oluna bilər. Xüsusilə, bu müalicədə fizioterapevtik prosedurlara üstünlük verilə bilər. “Shockwave Therapy” dediyimiz dalğa terapiyası müalicəsi şikayətlərinə müsbət təsir göstərə bilər. Eyni zamanda ayağın iltihablanmış bölgəsinə “steroid inyeskiya” dediyimiz və ya yeni texnologiya ilə “PRP” dediyimiz “platelet-rich-plasma” inyeksiyalarından xəstələr fayda görə bilər.
Daban ağrılarının cərrahi müalicəsi
Bu müalicə üsulları da bəzən işə yaramadıqda, nadir hallarda işə yaramır, işə yaramadıqda, əlbəttə ki, xəstəyə əməliyyat tövsiyə oluna bilər.
O bağın daban sümüyünə bağlama yerində kiçik kəsiklər, o bağın “gevşədilməsi” dediyimiz və ya uzadılması əməliyyatından xəstələr fayda görə bilər.
Əlbəttə ki, bütün bu prosedurlar tətbiq oluna bilərxəstəyə, amma ayağa düşən yükün azaldılması da ön planda olmalıdır. Xüsusilə, kilolu xəstələrin ciddi şəkildə aşırı kilolardan arındırılması tövsiyə edilir.
Diqqətiniz üçün təşəkkür edirəm. Çox sağ olun.
Rəy bildir
ağrı keçmir dabanomo kompres eləməkdən dabanomin dərisi soyulur xahiş edirəm dərman deyin.muəliməyəm çəkim də var özüm də çox ayaqüstə oluram
ReplySalam. Birinci növbədə arıqlamalısınız. Müvəqqəti olaraq ağrıkəsici ala bilərsiniz. Amma müayinə etmədən dəqiq bir müalicə təyin etmək olmaz.
ReplySalam. 34 yaşım var bu ağrilar mütamadi olaraq 20 yaşından beri var bezen ayaqimin pence terefinde isti ağri olur bezen daban nahiyesinde
ReplySalam. Müayinə etdikdən sonra diaqnoz qoyula bilər.
ReplySalam doctor.
ReplySalam.
ReplySalam hekim.oglum 7 yasindadi.yeni ayaqqabi almisdim.ayaqqabinj rahat geyinir xosu gelir.Amma dabaninda agri yaranib.ayaqqabidan olar? Rahat yere basa bilmir
ReplySalam. Ayaqqabıdan və ya başqa problemdən ola bilər.
ReplySalam.Ağrı dabanın althissəsində deyil,arxa tərəfdə axillesdən bir az aşağıdadır.Küt ağrıdır.Nə etmək olar?Çox sağ olun
ReplySalam. Axil tendinitə oxşayır.
ReplySalam dkt.
ReplyDənizdə çay daşları kimi daşların üstünə basdım ( heç də sərt basmadım) o gündən ağrısı dayanmər yalnız sağ ayağımın dabanı.
O qədər şiddətli ağrıdır ki yüngelcə evdə domaşnikin hətta qırağı üstə əgər dabanəm düşərsə dəhşətli şittədli ağrı qopur. Hardasa 10 gündü ağrı dayanmər. Yeriyəndə pəncə üstündə yeriyirəm.
Bunum üşün nə edə bilərəm ev şəraitində?
Salam. Ağrıkəsici qəbul edə bilərsiniz.
ReplySalam mənim dabanın 1 ay olar agrimaga başlayıb səhərlər ağrı olmur ama saat 5 sonra başlayır yavaş yavaş ağrılar oturandan sonra ağrılar o qədər şiddətli olur ki ayağım əyilir əvvəl dedim bəlkə artıq çəkiyə görədir ama ətrafında o qədər artıq çəkili insanlar var heç kimdə bele olmur
ReplySalam. Daban mahmızı və ya plantar fasiit ola bilər.
ReplySalam doktor menim dabanimin icinde xirda sis var yere basanda agri olur ne etmek olar?
ReplySalam. Müayinə etmək lazımdır.
ReplySalam hekim. Menim dabanlarimda küt ağrılar olur bütün günü. Ancaq ən çox narahatlığım yatanda olur. Yeni üzüyuxarı yatanda dabanlarim yere deydikde çkx narahat oluram. Bunun üçün ancaq börüstə yatmağa mecbur oluram.bunun sebebi nedir
ReplySalam. Axil tendinit ola bilər.
Reply