Ayaq baş barmağının başlandığı yerin iç tərəfindəki(daraq sümüyü ilə barmağın başladığı oynaqda) şişkinlik, çıxıntıya halluks valqus(HV) deyilir. Qadınların 40%-ində bu problem rastlanır. 70% hallarda genetik meyillilik vardır. Genetik olaraq 1 və 2 daraq sümükləri arasındakı dərəcə çox olduqda müəyyən vaxtdan sonra baş barmaq digər barmaqlara yaxınlaşır. Bu kəskin əyilmə bir çıxıntı olaraq baş barmağın iç tərəfində hiss edilməyə başlanır. Genetik meyillilikdən başqa uzun müddət topuqlu və önü sivri ayaqqabı geyinənlərdə də HV yarana bilər. Bu səbəblə də bu problemi olanların onundan doqquzu qadındır.
Bu çıxıntı ayaqqabı içində sıxışdıqda dəridə qızarıqlıq və ağrı olur. Müəyyən vaxt sonra dəri altındakı bursa-kisədə maye toplanır və ağrı, şişkinlik artır. Bu narahatçılıq uzun müddət davam etdikdə uyğun olmayan oynaq vəziyyəti duzlaşmaya-artroza yol açır. Bu mərhələdən sonra şikayətlər şiddətlənir , dərman və digər konservativ müalicələr faydasız olur. Müalicənin oynaqda duzlaşma əmələ gəlməmiş başlanması müalicənin proqnozunu müəyyən edən ana faktordur. Baş barmaq əyildikcə ikinci barmağın altına və ya üstünə tərəf yer dəyişdirir
Adolesent(yeniyetmə) halluks valqusu– 10-15 yaş arası qızlarda görülür. Yetişkinlərinkindən fərqli olaraq ağrısızdır. Ağrı əmələ gələrsə aşağıda sadalanan qoruyucu tədbirlər alınmalıdır. Bu deformasiya daha irəli yaşlarda artacağı üçün uşağın böyüməsi tatamlandıqda əməliyyat uyğun görülür.
Qoruyucu müalicə
Bu problemi olan xəstələrin böyük bir qismi əməliyyatsız rahatlaya bilər. Öncəliklə şikayətləri artıran ayaqqabılar bir daha geyinilməməlidir. Xüsusilə dar, sivri burun, 5sm-dən yüksək topuqlu ayaqqabılar tərk edilməlidir. Ayaqqabı alarkən baş barmaq üstünə təzyiq göstərməyən rahat ayaqabbılar tərcih edilməldir. Ayaqqabı içində baş barmaq və ikinci barmaq arasında silikon bloklar istifadə etmək köməkçi ola bilər. Ağrı kəsici və şişkinliyi azaldan dərman preparatları şikayətləri azaldır. Gecələr yatağa girərkən baş barmağa yön verən ortezlərin taxılması əyriliyin artmasının qabağını almağa kömək edir. Bu cür müalicələr şikayətləri azaldır, amma xəstəliyin əmələ gəlməsinə səbəb olan anatomik narahatçılığı ortadan qaldırmır. Yuxarıda qeyd edilən tədbirlər buraxıldıqda şikayətlər davam edəcək və əyrilik getdikcə artacaqdır.
Cərrahi müalicə
Sizə əməliyyat lazımdırmı? Konservativ tədbirlər sizin narahatçılığınızı ortadan qaldırmırsa əməliyyat lazım ola bilər. Müasir həyatımızda əməliyyat tələblərinı estetik qayğılar və moda ayaqqabılarını geymə məcburiyyətləri artırsa da, aşağıdakı göstərişlərə uyğun əməliyyat daha düzgün olardı.
-Günlük aktivliyi məhdudlaşdıran ağrılar
-Uzun müddətli, istirahət və dərmanla keçməyən baş barmaqda şişkinlik və qızarıqlıq
-Baş barmaqda ikinci barmağın yönünü dəyişdirəcək qədər əyilmə
-Baş barmaqda sərtlik. Hərəkət məhdudiyyəti
Yaddan çıxarmayın ki, əməliyyat sonrası geyilən ayaqqabı nömrəsi kiçilmir.
Əməliyyat növləri
Halluks valgusda yüzlərlə əməliyyat növü mövcuddur. Bunların hansının ediləcəyinə həkiminiz qərar verir.
-Baş barmaq ətrafında vətər və bağlara edilən əməliyyatlar: Yaxınlaşdırıcı əzələ vətəri uzadılır. Bayır tərəf oynaq kapsulu kəsilir, iç tərəf isə tarım tikilir. Əyriliyin az olduğu vəziyyətlərdə tərcih edilir.
-Oynağın dondurulması: Xüsusilə oynaqda duzlaşma mövcuddursa 1. barmaq-daraq sümüyü arasındakı oynaq uyğun vəziyyətdə dondurulur.
-Çıxıntının(bunion) alınması: Baş barmağın iç tərəfindəki sümük çıxıntı alınır.
Oynağın çıxarılması(rezeksiya artroplastikası): Aşınmış və deformasiyaya uğramış oynaqlara tətbiq edilir. Yaşlı xəstələrdə xüsusilə tərcih edilir. Barmaqda qısalma olur.
-Osteotomiya: 1. daraq sümüyü müxtəlif səviyyələrdə kəsilərək barmaqdakı əyrilik düzgün hala gətirilir. Hal hazırda ən çox tətbiq edilən metoddur. Xəstəliyə səbəb olan anatomik deformasiya korreksiya edilir.
Əməliyyat sonrası müxtəlif ağırlaşmalar ola bilər. Bunlardan ən sıx görüləni yara infeksiyasıdır. Bu infeksiya vaxtında müəyyən edilərsə problemsiz müaliəcə edilə bilər. Gec qalan hallarda təkrar əməliyyat lazım olur. Digər ağırlaşmalara əməliyyat zamanı sinirin kəsilməsi ilə əmələ gələn dəri hissiyatının itməsi, davam edən ağrı, çıxıntının təkrar əmələ gəlməsi, oynaqda sərtlik və s. göstərmək olar. Ümumiyyətlə, yeni texnikanın tətbiqi, təcrübəli cərrah, əməliyyat sonrası uyğun həkim-xəstə ünsiyyəti 98% hallarda problemsiz nəticələrin alınması ilə nəticələnir.
Əməliyyat sonrası problemlərdən qorunma: Aşağıdakı problemlərlə qarşılaşdıqda dərhal əməliyyat edən həkiminizə müraciət ediniz.
-Sarğınız düşərsə, islanarsa
-Sarğı qan və ya sızıntı ilə kirlənərsə
-İstifadə edilən dərmanara qarşı yan təsirlər ortaya çıxarsa
-Bədən hərarati yüksələrsə, titrəmə olarsa
-Yara ətrafında istilik artışı və ya qızarıqlıq olarsa
-Getdikcə artan ağrı olarsa
-Diz altında-ayaq üzərində ciddi şişkinlik olarsa
Evdə baxım
Əməliyyatın nəticəsi böyük ölçüdə sizin həkimin məsləhətlərinə nə dərəcədə əməl etməyinizə bağldır. Xəstəxanadan ayağa düzgün vəziyyətdə sarılmış bandajla çıxacaqsınız. Həkiminiz sizə özəl bir ayaqqabı yaza bilər və ya ayağınız gipsə alınmış ola bilər. Tikişlər alınana qədər sarğı qorunmalı və isladılmamalıdır. Həkimin etdiyi əməliyyat növünə uyğun olaraq ayağa yük vermə müddəti fərqi ola bilər. Buna mütləq əməl etmək lazımdır. Hansı əməliyyatın seçilməsinə baxmayaraq ilk həftə ayaq mütləq yüksəkdə tutulmalıdır. Bununla ayaqdakı şişkinlik daha az olur və yara sağalması daha yaxşı olur. İlk günlər hər saat başı 15 dəqiqə buz qoyulması şişkinlik və ağrı kontroluna köməklik edir. Tikişlər alındıqdan, gips və ya bandaj çıxarıldıqdan sonra xəstələr idman ayaqqabıları, ucu geniş topuqsuz ayaqabı geyə bilər. Topuqlu və sivri burun ayaqqabıların geyinilməsinə 6 ay sonra icazə verilir.
Rəy bildir
Salam. Menim ayaqlarımda bu problem var. Genetikdir, nəslimizin bir çox nümayəndələrində var. Mənim atamda da var. Əvvəllər bunun xəstəlik olduğu, və ya müalicəsi olduğu haqda məlumat yox idi. Düzdür məni ağrılar narahat etmir, amma estetik cəhətdən, ayaqqabı geyinmək cəhətdən çox çətinlik çəkirəm. Sadəcə bir neçə saat sıx ayaqqabı geyinsəm o zaman bir az incidir. Burada oxuduğuma görə əməliyyat çox da məsləhət görülmür. Amma mənim qorxum ondandır ki, bir neçə il sonra bu vəziyyət ağırlaşar. Çünki mənim yaşlaşan qohumlarımda bu artıq baş verib. Bilmək istəyirəm ki, yaşlı insanlara bu əməliyyatı etmək olarmı? Və bir də nə üçün ağrı yoxdursa əməliyyat məsləhətgörülmür? Nə kimi problemlər ola bilər.
ReplySalam doxdur. Size bir sualim var. Anamin ayaq barmaqlari yeni esada bas barmagi berk agrayir. Nece hekime gedib deyirki barmaq barmagi sixir. Deyiller mazol var. Amma hecne görünmür. Cox berk agrayir dincelmeye imkan vermir. Her iki ayagida dizden asagi sisdi. Gece gündüz dincelmir.
Replysalam hekim.men bu tip emeliyyatlarin qiymetini texmini bilmek isterdim .ve emeliyyatdan en az neche gun sonra gundelik heyata qayitmaq olar? evvelceden teshekkur edirem.
ReplySalam. Məndə də bu problem var xüsusən ayaqqabı narahat olanda. Mən podaqradan şübhələndim.Həkimə getdim dedi podaqra deyil,çanağı rentgenə sal, çox güman iltihab var sinirində. Sizcə həkim sadəcə baxmaqnan podaqra olmadığını deyə bilir?
ReplySalam doktor! Atamin bir ayağında topuqda movcud olan problem uzunden ayaqda sis emele gelib, yerimek cetinlesib, ancaq aparilan mualiceler effekt vermir, ne meslehet görürsünüz?
ReplySalam. Müayinə etmək lazımdır.
Replysalam doktor menim baw barmaqim wiwib yere qoyanda aqri verir.amma terpedirem evellki kimi terpenmir.siniqci ya getdim deyir ayyaqabi sixib
ReplySalam. Həkimə müayinəyə gəliniz
Reply