Vücudda və ya bud sümüyündə aktiv davam edən infeksiyanın olması və ya sümüyün infeksiyasının olması, “ostemetri” tablosunun olması… Və ya hər il davam edən və ya alovlana bilən “xroniki osteomielit”in olması. Əgər vücudda hər hansı bölgədə aktiv infeksiya varsa, xüsusilə, sidik yolları infeksiyası və ya boğaz yolları infeksiyası və ya vücudun hər hansı bir bölgəsində… Bu zaman kəskin dönəmində, xüsusilə, bud-çanaq oynağı endoprotezi göstərişi düzgün deyil.
Nəyə görə?
Çünki bədəndə olan mikroblar və ya infeksiya, bakteriyalar qan yolu ilə xüsusilə, o endoprotez yad cisim sayıldığı üçün endoprotez nahiyəsinə düşə bilər, “hemotogen” dediyimiz yolla. Bu zaman onun üzərində əmələ gətirdiyi xüsusi lövhə ilə üzərinə hopmuş olur bakteriya və bakteriya implant oradan çıxarılmadığı müddətcə infeksiya orada qalmış olur. Yəni qoyduğumuz endoprotezi məcburən təkrar çıxarmaq məcburiyyətində qalırıq.
Onun üçün bu xəstələrə endoprotez əməliyatı tövsiyə edilmir. Və ya infeksionistə və ya terapevtə göndərdikdən sonra bu infeksioz prosesi həll olduqdan sonra normal laborator analizlər çıxdıqdan sonra endoprotez əməliyyatı tərcih edilə bilər.
Digər bir əks göstərişlərdən biri də xüsusilə, xəstələrdə aşağı ətraflara gedən arteriya və venaların problemləridir. Xüsusilə, arteriyalarda ciddi “oklüziya” dediyimiz arterial damarın tıxanıqlığı və ya xüsusilə venalarda tromboz probleminin olması, irəli dərəcədə trombozun olması… Bu xəstələrdə də əməliyyatdan sonra tromb əmələ gəlməsi, “trombemboliya” dediyimiz problem yaşana bildiyi üçün bu xəstələr əməliyyat edilməməsi tovsiyə olunur. O, xəstəni bir damar cərrahına göndəririk. Damar cərrahları, xüsusilə, bu trombun müalicəsini icra etdikdən sonra, əlbəttə, onlar icazə verdikdən sonra bud-çanağı endoprotezi əməliyatı icra etmək olar.
Digər bir bud-çanaq oynağı endoprotezi əməliyyatlarına əks göstərilənlərdən biri də xüsusilə, narkoz alacaq xəstələrdə, narkozu qaldıra bilməyəcək ürək, daxili orqanları ciddi xroniki xəstəlikləri, çatışmazlığı olan insanlara bud-çanaq oynağı endoprotezi əməliyyatı, əlbəttə ki, tövsiyə edilmir.
Rəy bildir
Rəy bildir