• 18/03/2014
    • 2
    Əyripəncəlik (PES EQUİNOVARUS)

    Əyripəncəlik (PES EQUİNOVARUS)

    Ən çox rastlanan anadangəlmə əzələ-sümük sistemi patologiyalarından biridir.  Topuq və ayaq barmaqları aşağı və içə dönmüş vəziyyətdədir. Baldır və ayaq normadan qısa olur. Əyripəncəlikdə ağrı olmur və müalicə edilə bilən bir xəstəlikdir. Müalicə sonrası uşaq tam normal həyata dönə bilir. Hər 1000 doğuşdan birində rastlanır. Hər 3 xəstədən birində patologiya iki tərəfli görülür. Hər 3

    Read more
    • 08/04/2016
    • 6
    ƏYRİBOYUNLUQ (TORTİKOLLİS)

    ƏYRİBOYUNLUQ (TORTİKOLLİS)

    Əyriboyunluq başın eyni tərəfə, çənənin tərs tərəfə dönməsi şəklində yaranan deformasiyadır. Boyunun önə və yana əyilməsinə, yanlara dönməsinə köməklik edən Döş-Körpücük-Məməyəbənzər(DKM)  əzələdə inkişaf edən kontraktura(yığılma) nəticəsində yaranan əyriboyunluğa Muskulyar(əzələyə bağlı) əyriboyunluq deyilir. Əyriboyunluq səbəbləri arasında bu qrup 95% təşkil edir. Digər növlər arasında onurğanın boyun şöbəsində anadangəlmə inkişaf qüsurlarını və gözlə əlaqədar yaranan problemləri göstərmək

    Read more
    • 02/04/2020
    • 6

    Əl cərrahiyyəsində

        Əl cərrahiyyəsində, əl ilə bağlı ortopedik problemlərdən, xüsusilə vətər yatağı problemlərindən dirsək nahiyyəsində olan ağrılardan bəhs etmək istəyirəm. Ən çox sıx yağılanı da, xüsusilə dirsəyin yan tərəfində, bayır tərəfində olan açıcı vətərlərin dirsəyin yan tərəfi laterial epikondilit (tenisçi dirsəyi) dediyimiz bölgəsində yerləşmə yerində iltihablanmasıyla əlaqədardır. Bükücü vətərlərin isə bağlanma yeri, dirsəyin iç tərəfində yerləşdiyi üçün bu bölgədə yerləşən iltihablanmada, xüsusilə bükücü vətərlərin hərəkət aktivliyinə bağlı olaraq əmələ gəlir. Bayır tərəfdə olan laterial epikondilit və ya tenisin dirsəyi, çünki tenislərdə backhand dediyimiz, yəni tenis raketini bu şəkildə davamlı istifadə etdikləri üçün açıcı vətərlərə çox yük düşür və adı ordan elə qalıb. Bir də iç tərəfdəki bölgədə olan iltihablanmada qolfçu dirsəyi deyilir, qolfçularda, xüsusilə dəstəyi bu şəkildə tutub, bu şəkildə vurduqları üçün, bu bölgəyə bükücü vətərlərə çox yük düşdüyü üçün orada daha sıx görülür bu problem. Sadəcə tenis və qolfçulardamı görünür?


    “Xeyr. Həyatında bir sürü insan ən azı 1-2 dəfə bu problemi yaşayır.”


        Çox sıx yayılmış bir xəstəlikdir. Laterial epikondilit, medial epikondilit dediyimiz xəstəliyin aşağı-yuxarı müalicəsi eynidir. Bu xəstələr günlük aktivlərində əllərini istifadə edərkən, xüsusilə burma hərəkətlərində və müəyyən bir ağırlıq qaldırdığlarında ciddi şəkildə dirsək nahiyyəsində ağrıdan şikayət edirlər və bu ağrı gündəlik xəstənin fiziki aktivliyini ciddi şəkildə məhdudlaşdırır.


    “Bu şikayətlərlə bizə müraciət edən xəstələrə ilk öncə konservativ müalicə tövsiyyə olunur, konservativ müalicə içərisində, xüsusilə dirsəkdən təqribən 3-4 sm aşağı bölgədə, o, əzələnin yapışma bölgəsinə düşən qaldırma qolunu aşağı endirməmiz üçün (fizika qanunları ilə hesab edə bilərik) əzələnin qaldırma qolunu aşağı endirmək üçün xüsusilə epikontil bandı dediyimiz xüsusi banddan istifadə oluna bilər.”


    Digər bir müalicə üsulu ağrıkəsicilər, iltihablanma bölgəsinə buz tətbiqi və xüsusilə biraz öncə baş barmaqadakı iltihablanmaya bənzər, xüsusilə ciddi şəkildə fiziki aktivliklər – burma, yük qaldırma barmaqların müəyyən hərəkətlərini məhdudlaşdırması tövsiyyə olunur. İlk 3-4 həftə içərisində bu şəkildə, əgər 3-4 həftə içində xəstənin şikayətləri keçmirsə, ağrılar davam edirsə, o zaman bir daha müayinə edib, lazım gələrsə, o bölgəyə iç və ya bayır tərəfə ağrının ən çox olduğu bölgəyə steroid vurulur. Son dönəmlərdə vətər yatağı iltihablanmalarında steroid təkrar-təkrar bu proseslər davam edirsə, steroid inyeksiya yerinə, çünki streroid inyeksiyanın da yanaşı müəyyən problemləri ola bilər. Məsələ, hər xəstədə istifadə edə bilmirik, çünki steroid hormon olduğu üçün xəstənin şəkərini və təziqini yüksəltmiş ola bilər. Şəkər xəstələrində və təziqi ciddi şəkildə kontrolsuz olan xəstələrdə steroid istifadə etmədiyimizdə PRP (protein rich plasma) dediyimiz dediyimiz, müəyyən insan qanında olan böyümə faktorları qandan arındırılaraq, o bölgəyə vurula bilər. Müasir təbabətdə sıx istifadə olunan bir şeydir. PRP-protein rich plasma inyeksiyası deyilir. Bunlar da steroid inyeksiyası qədər effektiv ola bilər. Bu proseduranı bir neçə dəfə, 3 dəfəyə qədər istifadə edə bilərik. PRP inyeksiyasından sonra əksər hallarda xəstə rahatlamış olur.

    Çox nadir hallarda steroid inyeksiyasa və ya biraz öncə qeyd elədiyimiz PRP inyeksiyası və ya digər konservativ müalicə üsulları fayda vermirsə, o zaman xəstədə başqa problemmi var, xüsusilə bayır tərəfdə olan bölgələrdə ordan keçən arxa sümük arası sinir deyə bir sinir var, o sinirin orda sıxışmasıyla əlaqədar tərəfin iltihablanması və ya laterial epikondilit qarışa bilər. Onun üçün bəzən xəstədə müəyyən fiziki aktivliklərdən sonra EMG məsləhət görürük, EMG-də bəzən tapıla bilir, tapılmaya bilir, amma dediyim kimi sinir sıxışma şübhələnmək ola bilər, deyək ki, yenidən bu iç tərəfdə olan bölgədə olan problemdə isə, xüsusilə dirsək sinirinin bu epikondilitin arxasında sıxışmasıyla əlaqədar olaraq, kupital tunel sindromu deyirik. Bu tip problemlərdə də verilən konservativ müalicələr fayda vermirsə, ondan şübhələnmək olar. Həkiminiz bunu sizə deyə bilər. Əgər onlar da Eckard edilirsə, həqiqətən də o sinir çıxışması deyilsə, o zaman çox seçənəcək olaraq vətər yatağının iltihabı üçün əməliyyat tövsiyyə olunur. 

    Read more
    • 10/07/2016
    • 36
    Əl Bölgəsində Qanqlion Kistləri

    Əl Bölgəsində Qanqlion Kistləri

    Bir anda əl biləyiniz üzərində şişkinlik əmələ gəlməsi sizin üçün sürpriz ola bilər. Amma narahat olmanğınıza dəyməz, çünki bunların böyük əksəriyyəti zərərsiz qanqlion kistləridir və müəyyən zaman içində yox ola bilirlər. Qanqlion kistləri daha çox əl biləyi üst hissəsində əmələ gəlir(dorsal qanqlionlar). Ancaq bəzən əl biləyinin iç tərəfində nəbiz alınan bölgə ilə baş barmaq arasında

    Read more
    • 13/04/2022
    • 14
    Yaşlı insanlarda bud-çanaq oynağı nahiyəsində sınıqlar

    Yaşlı insanlarda bud-çanaq oynağı nahiyəsində sınıqlar

    Bu gün sizlərə, əsasən, yaşlılarda görülən bud-çanaq oynağı nahiyəsində yerləşən sınıqlar haqqında bəhs etmək istəyirəm. Bildiyiniz kimi müəyyən yaşın üstündə olan xəstələrdə, xüsusilə, xanım xəstələrdə bud nahiyəsində və əsasən, bel nahiyəsində və ya bədənin müxtəlif bölgələrində olan sümüklər zamanla öz keyfiyyətini itirmiş olur və sümüyün sıxlığı azaldığı üçün sümüklər sınmağa daha yatqın olur. Bu səbəblə,

    Read more
    • 15/04/2016
    • 32
    UŞAQLARDA YUMŞAQ YASTIPƏNCƏLİK

    UŞAQLARDA YUMŞAQ YASTIPƏNCƏLİK

    Uşaq ayağına basarkən düz, oturarkən və ya barmaq ucunda ikən ayağın iç əyriliyi görülürsə buna yumşaq yastıpəncəlik deyilir. Bu vəziyyət çox ailələri gileyləndirir. Halbuki belə uşaqların əksəriyyəti normal və problemsiz böyüyürlər. Yumşaq yastıpəncəlikdə ayaq ağrısızdır, ara verməyərək rahat yeriyir və idmanla məşğul ola bilirlər, müəyyən vaxt sonra cərrahiyyə və ya digər müalicə tələb etmədən düzəlirlər.

    Read more